Qadin.NET / Avakado maskası ilə dərinizi nəmləndirin

Avakado maskası ilə dərinizi nəmləndirin

Avakado, Meksika və Afrikada bitən sulu bir meyvədir. Avakado meyvəsinin tərkibində sağlamlığa faydalı olan bir çox maddə var. Kalium, magnezium, dəmir fosfor, A , B, C, E, K vitaminləri olduqca zəndindir. Dərinin sağlam, gənc və yeni qalmasında son dərəcə təsirli bir meyvədir.

Avakado maskası ilə dərinizi nəmləndirin

Avakado ilə dəri baxımı

Dəri sağlamlığı və dəri baxımı məhsullarında da sıx istifadə olunan avakado, əzilib püre halına gətirilərək maska şəklində istifadə edilir. Avakado maskası, dəri qırışıqlığını yox edən ən təsirli maskadır. Dərini qidalandırır və sakitləşdirir. Xüsusilə, quru dərilər üçün mükəmməldir.

Avakado maskası ilə dərinizi nəmləndirin

Avakado maskası

Tərkibi:

1 ədəd avakado

1 xörək qaşığı qaymaq

1 çay qaşığı bal

Hazırlanması:

Avakadonu əzin və içinə digər məhsulları əlavə edib qarışdırın. Bütün üzünüzə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

 

6 aprel 2017
GO BACK