Qadin.NET / Portağal maskası ilə gözəlləşin

Portağal maskası ilə gözəlləşin

Portağal maskası ilə gözəlləşin

Portağal və portağal qabığının dəriyə faydalarını saymaqla bitirə bilmərik. Portağal tərkibindəki turşu sayəsində dəridəki ləkələi yox edir, qabığı sayəsində isə dəridəki ölü hüceyrelər təmizlənir. Sizlərə portağalı gözəlliyiniz üçün necə istifadə edə biləcəyinizi göztəririk.

Dəri nəmləndirici maska:

2 xörək qaşığı portağal suyu ilə 1 xörək qaşığı qatığı yaxşıca qarışdırın. Bu qarışığı üzünüzə və boyun hissənizə çəkin. 5-10 dəqiqə saxlayın. Sonra su ilə yuyun. Portağaldakı mineral ehtiyatı dərinizi ehtiyacı olan vitaminlərlə təmin edəcək. Qatıq isə ən yaxşı nəmləndirici olduğu üçün dərinizdəki ləkələrdən xilas olmaq istəyinizi qarşılayacaq və nəmli bir dəriyə sahib olmağınıza kömək edəcək.

Sağlam və hamar dəri üçün maska:

2-3 xörək qaşığı portağal suyu ilə 4 qaşıq unu qarışdırın. Üzünüzə və boyununuza çəkib 20 dəqiqə saxlayın. Sonra su ilə yuyub dəsmalla qurulayın. Anında sağlam və hamar dəriyə sahib olacaqsınız.

Portağal maskası ilə gözəlləşin

Dəridəki ləkələr üçün maska:

2 xörək qaşığı təzə sıxılmış portağal suyu, 2 xörək qaşığı limon uyu və 1 çay qaşığı balı qarışdırın. Üzünüzə və dərinizdəki ləkə olan yerlərə çəkin 20 dəqiqə saxlayın. Sonra su ilə yuyun.

Dəridəki ölü hüceyrələri təmizləmək üçün maska:

2-3 xörək qaşığı portağal suyu, 1 xörək qaşığı süd tozu və 1 xörək qaşığı yaşıl gili qarışdırdıqdan sonra 30 dəqiqə saxlayın. Üzünüzə çəkdikdən onra isə 20 dədidə gözləyin. Sonra su ilə yuyub dəsmalla qurulayın. Bu maska dərinizdəki bakteriyaları və ölü hüceyrələri təmizləyəcək.

Portağal maskası ilə gözəlləşin

Dəridəki sızanaqlar üçün maska:

2 çay qaşığı portağal qabığı tozu, 1 çay qaşığı yulaf əzməsi və yarım çay qaşığı karbohidronata bir az su əlavə edib qarışdırın. Üzünüzə çəkib 20 dəqiqə saxlayın. Həftə də iki dəfə sızanaqlardan xilas olmaq üçün istifadə edin.


22 fevral 2018
GO BACK