Medikal Estetik və qadın doğumu mütəxəsisi həkim Ebru Ünal bildirdi ki, selfi çəkmək dərini qocaldır. Selfi çəkmək və ya blogerlik etmək də yaratdığı xəstəliklərinin bəzilərinin indidən bilindiyini söyləyən Ünal, “ Üzünüzü telefondan yayılan elektromaqnit dalğalar davamlı məruz qoymaq, dəridə qırışıqlıq yaranmasına və daha tez yaşlanmağa səbəb olur.
Hətta sadəcə üzdəki zərəri və ya yaşlanmış hissəyə baxaraq hansı əlinizlə selfi çəkdiridyinizi deyə bilərik. Kompyuter ekranından yayılan mavi işıq da dəriyə zərər verir. Mavi işıq hüceyrədə DNT zədələnməsi edir. Bu səbəblə dəridəki zərəri ən aza salacaq, DNT təmirini təmin edəcək məhsullardan istifadə etməlisiniz” dedi.
Ünal, telefonların dəriyə zərər verdiyini bildirən “ bu zərəri ən aza salmaq üçün az selfi çəkməli, DNT təmir edici xüsusiyyəti olan və hətta antioksid məsələn, C və ya E vitamini tərkibində olan dəri məhsulları tərcih etməlisiniz.
Bu aralar dünyada dermatoloqlar arasında müzakirə edilən bir digər məsələ də nəmləndiricinin dəriyə verdiyi zərər ilə bağlıdır. nəmləndirici istifadə edən qadınların, nəmləndirici istifadə etməyən kişilərə görə dərilərinin daha həssas və daha ləkəli olması günümüzdəki bu vərdişin sorğulamasına səbəb oldu" deyə bildirdi.
Nəmləndirici istifadə etməlimi, etməməlimi?
Ünal, dəriyə ən uyğun olan canlı və parlaq dəri yaradan məhsulların istifadəsinin lazım olduğunu bildirərkən bu məhsulların dəridə daha geç qırışıqlıq yaratmasını təmin etdiyini söylədi.