Qadin.NET / Üzdəki ləkələr üçün təbii vasitələr

Üzdəki ləkələr üçün təbii vasitələr

Üzdəki ləkələr üçün təbii vasitələr

Aloe vera

Aloe vera yarpağındakı jel, ləkələri yaxşılaşdırar və dərini yeniləyir. Tək etməyiniz lazım olan şey yarpaqdan bir az qoparıb üstündək jeli ləkəli bölgəyə çəkmək və quruduqdan sonra yumaqdır.

Üzdəki ləkələr üçün təbii vasitələr

Xiyar

Xiyarın, dərini yaxşılaşdırmağa yarayan bir çox faydası var. Bu tərəvəz, qanamanı dayandırıcı və damarları büzücü təsiri ilə ləkələri və yaraları təmizləyə bilir. Xiyar tərkibində C vitamini və antioksidan olduğu üçün infeksiyaları azaltmağa da köməklik göstərir. Xiyar həm də dəri toxumasınıda gözəlləşdirir. Ləkələri yox etmək üçün etməniz lazım olan, xiyarın qabığıı soyub blenderdən keçirdikdən sonra pambıqla üzünüzə çəkməyinizdir.

Üzdəki ləkələr üçün təbii vasitələr

Üzüm çəyirdəyinin şirəsi

Üzüm çəyirdəyinin şirəsi mikroblara qarşı güclü bir dezinfeksiya edicidir. Tez bir irəliləyiş görmək üçün 110 qram suyun içinə, 4-40 qram üzüm çəyirdəyinin şirəsini damladın və ləkəli yerə çəkin.

Üzdəki ləkələr üçün təbii vasitələr

Kök

Üzünüzdəki ləkələrə əzilmiş və ya suyu sıxılmış kökləri qoyduqda o saat təmizləyəcəkdir. Bütün bədənizi də təmizləmək üçün bir stəkanın yarısına kök suyu, 1/3-nə su və qalan hissəyə çuğundur suyu əlavə edib için, bu qarışım qaraciyər funksiyalarını hərəkətə gətirəcəkdir.

Üzdəki ləkələr üçün təbii vasitələr

Sarımsaq

Sarımsağın sağlamlığa xeyri olduğu üçün ləkələri yox etmədə də faydalı olması normaldır. Sarımsağı üzünüzdə sızanaqların olduğu yerə sürtün.

Üzdəki ləkələr üçün təbii vasitələr

Limon suyu

Limon suyu üzünüzdəki artıq yağın yox olmasına, bakteriyaların məhv edilməsinə və qara nöqtələrin yox edilməsinə təsir edir. Limon suyunu ayrıca bal və sarıköklə qarışdırmaqla üzünüzü günlük olaraq təmizləməkdə istifadə edə bilərsiniz.

Üzdəki ləkələr üçün təbii vasitələr

Pomidor suyu

Pomidorun qabıqlarını soyaraq püre halına gətirib hər gün üzünüzə masaj edərək çəkin və 10-15 dəqiqə üzünüzdə saxlayın. Sonra üzünüzü soyuq su ilə yuyun.

Üzdəki ləkələr üçün təbii vasitələr

Kartof

Kartofun içində olan nişasta, ləkələri yaradan pigmentlərin yaranmasının qarşısını alır. Üzünüzə çiy kartof və ya kartof suyu çəkmək dərinizi gözəlləşdirəcəkdir. Ayrıca göz altındakı göyərmələrin yox edilməsinə kömək edəcək.

Üzdəki ləkələr üçün təbii vasitələr

Portağal qabığı

Portağal qabığının tərkibində C vitamini və antioksidan olduğu üçün dərinin gözəl görünməsini təmin edir. Qabıqlar ayrıca üzünüzdəki ləkə və sızanaqları da təmizləyir. Qabıqları doğrayıb su ilə qarışdıraraq təbii bir dəri məhsulu hazırlaya bilərsiniz. Portağal qabıqlarını təbii bal və sadə qatıqla qarışdırıb həftədə bir neçə dəfə üzünüzə çəksəniz, dəriniz daha gözəl olacaqdır.

 

3 mart 2017
GO BACK