Qadin.NET / Dərinizə uyğun meyvə maskası

Dərinizə uyğun meyvə maskası

Dərinizə uyğun meyvə maskası

Quru dərilər üçün Avakado meyvəsi

Əgər quru bir dəriniz varsa, ehtiyacınız olan tək şey nəmlikdir. Nəmliyi az olan dərilər üçün  75 faiz yağlardan ibarət olan avokado meyvəsi ən ideal seçimdir. Bu meyvə  35 faiz yağdan ibarət olan banandan daha xeyirlidir. Yemək maskasından daha çox xeyirlidir. Bal və darçından istifadə edərək damaq dadınıza görə uyğunlaşdıra bilərsiniz. Bu meyvənin tərkibində B, E, K vitaminləri zəngindir. 

Yarım avokadonu püre halına gətirib, bir çay qaşığı zeytun yağı və bir çay qaşığı balla qarışdırın. 15 dəqiqə dərinizdə saxlayın. Həftədə bir və ya 10 gün etsəniz fərqi görəcəksiniz. Eyni maskanı saçlar üçün də istifadə edə bilərsiniz.

Dərinizə uyğun meyvə maskası

Bəs yağlı dəri üçün hansı meyvə?

Etməli olduğunuz şey ilk öncə ehtiyacı olan nəmi mütləq verməkdir. Filiz Çekin bildirir ki, bir çox qadın dərisi yağlı olduğu üçün dərilərini nəmləndirmirlər. Kosmetoloqla danışaraq dərinizə uyğun zəif nəmli kremdən istifadə edin. İkinci üsul isə bol - bol su  içməkdir. Sağlam dəri üçün çox su içmək vacibdir. 

Bəs yağlı dəri üçün hansı meyvəni istifadə etməli? Əlbəttə ki, limon. Limon çox istifadə edilsə, dəridə problemlərə yol aça bilər. Yağlı dəri üçün həftədə bir dəfə tonik kimi istifadə edilsə, faydalı olur.

9 fevral 2017
GO BACK