Qadin.NET / Pərvin Dinçərdən üz maskaları (2)

Pərvin Dinçərdən üz maskaları (2)

Pərvin Dinçərdən üz maskaları (2)

Beykent Universiteti Gözəl Sənətlər Dizayn bölməsi məzunu Pərvin Dinçər universiteti bitirdikdən sonra gözəllik mütəxəssisi kursuna gedib. Daha sonra Paris Pure Skin institutunda kursa davam edib. Öz işinin ustası olduğu üçün bir çox məşhurlar onun köməyindən istifadə edirlər. Xəbərimizdə sizlərə onun hazırladığı müxtəlif üz maskalarını təqdim edirik. 

5. Təbii pilinq tərifi: Yarım qreyfrutun suyu, yarım çay bardağı mədən suyu, 1 ç.q. limon suyu və 1 ç.q. alma yağını qarışdırın və bir parça qazlı bezi bu qarışıma batıraraq üzünüzə sürün. 10 dəqiqə gözləyin və yuyun. 

Pərvin Dinçərdən üz maskaları (2)

6. Məsamə sıxlaşdırıcı maska: 1 ç.q. rəndələnmiş mandarin qabığı, 1 ç.q. rəndələnmiş portağal qabığı, 1 ç.q. qreypfrut qabığı və 2 x.q. balı qarışdırın, üzünüzə çəkin, 10 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska dəri məsamələrinin kiçilməsinə səbəb olacaq. 

7. Qırışlara qarşı maska: Yarım x.q. mayanı 2 x.q. südlə qarışdırın. Qatı hala gələnə qədər bu qarışığı göz və ağız ətrafı xaric bütün üzünüzə sürün. Quru dərilərdə tərkibin içərisinə 1 ç.q. badam yağı əlavə edə bilərsiniz. 


12 yanvar 2017
GO BACK