Beykent Universiteti Gözəl Sənətlər Dizayn bölməsi məzunu Pərvin Dinçər universiteti bitirdikdən sonra gözəllik mütəxəssisi kursuna gedib. Daha sonra Paris Pure Skin institutunda kursa davam edib. Öz işinin ustası olduğu üçün bir çox məşhurlar onun köməyindən istifadə edirlər. Xəbərimizdə sizlərə onun hazırladığı müxtəlif üz maskalarını təqdim edirik.
Gəncləşdirən maska: 1 ədəd yaşıl almanın qabıqlarını soyun, içindən 1 xörək qaşığı almanı çıxarıb əzin. Üzərinə 2 ç.q. nəmləndirici krem əlavə edib qarışdırırıq. Maskanı üzə sürüb 20 dəqiqə saxlamaq lazımdır. Həftədə iki dəfə istifadə edə bilərsiniz.
Ləkə aparan maska: 1 x.q. bal, 1 ç.q. limon suyu və 1 x.q. körpə pudrasını bir qab içində qarışdırın. Üzünüzdəki ləkəli hissələrə masaj edərək sürün. Üz ləkələriniz çox və tünddürsə, həftədə 3 dəfə tətbiq edin.
Quru üzlər üçün nəmləndirici maska: 1 ədəd yumurta sarısı ilə 1 ədəd mandarin suyunu 1 kasa içərisində qarışdıraraq fırça, yaxud bir balaca pambıq vasitəsilə üzünüzə sürün. 20 dəqiqə gözlədikdən sonra yuyun.
Dəri sıxlaşdırıcı maska: Üzünüzə yetəcək qədər ananası kiçik-kiçik doğrayaraq, üzərinə 1 ç.q. bal əlavə edin. Yaxşıca qarışdırdığınız maskanı fırça köməyi ilə üzünüzə sürün. Göz ətrafına sürülməsindən ehtiyat edin. 15 dəqiqə gözlədikdən sonra yuyun.