Kivi üz dərisinə yumşaq skrab kimi təsir edir. Dərinizi artıq piydən və ölmüş hüceyrələrdən təmizləyir. Kivi maskası dərini cavanlaşdırır, ağardır, təmizləyir, daha təravətli, elastik və dartılmış edir.
Yağlı dəri üçün maska:
1 ədəd kivini soyub blenderdən keçirin. 1 xörək qaşığı nişasta əlavə edib yaxşıca qarışdırın və təmiz üz dərisinə çəkib üzünüzü yüngül massaj edin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Quru dəri üçün maska:
1 ədəd kivini blenderdən keçirin, 1 xörək qaşığı zeytun yağı və 1ədəd yumurtanın sarısını əlavə edib yaxşıca qarışdırın. Maskanı üz dərisinə çəkin, yüngül massaj edin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.