Qadin.NET / Kələm maskası

Kələm maskası

Üz, çənə və boyun nahiyəsinə qulluq heç vaxt gec olmasa da, bir həqiqət var ki, bu işi nə qədər tez görsəniz, bir o qədər gənc qalarsınız. Bunun üçün hər gün özünüzə bir qədər zaman, bir az da əmək sərf etməlisiniz.kələm

Məsələn, ağ kələm A, V, S, K, R və RP vitaminləri ilə zəngin olduğundan dəri üçün ideal resept hesab oluna bilər. Çünki kələm dərini təmizləyir, nəmləndirir və qidalandırır.

Kələm maskası

Lakin təbii maskalardan istifadə etməzdən əvvəl hansı dəri tipinə malik olduğunuzu təyin etməlisiniz.

Quru dəri üçün:

1 ədəd kələmin yarpaqlarını nazikcə doğrayın, 1 çay stəkanı südlə qarışdırıb, kələmlər yumşalana qədər qaynadın. Maskanı odun üzərindən götürün, soyuduqdan sonra üz və boynunuza çəkib, 20 dəqiqə saxladıqdan sonra yuyun.

Kələm maskası

Yağlı dəri üçün:

1 ədəd kələmin yarpaqlarını nazik-nazik doğrayıb 1 ədəd yumurtanı ağı ilə qarışdırın. Bu maskanı üz və boynunuza çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun.

P.S: Kələmlə hazırlanan dəriyə qulluq maskalarından həftədə 1 dəfə istifadə edə bilərsiniz.

29 sentyabr 2016
GO BACK