Qadin.NET / Payız mövsümü üçün fərqli maskalar

Payız mövsümü üçün fərqli maskalar

Payız mövsümü üçün fərqli maskalar

Yay tətili artıq geridə qaldıqca yeni mövsüm başlayır. Yeni mövsüm isə özü ilə yeni rejimə uyğunlaşmaq və yorğunluğa təslim olmamaq, gözəlliyiniz üçün xoş və faydalı tədbirləri birləşdirməyi təklif edir. Unutmayaq ki, maskalar nəinki üz dərisinə faydası var, prosedur eləcə də sizə gözlərinizi yumub sinirsiz 10-15 dəqiqə keçirmək imkanı verir.  Beləcə həftədə bir neçə dəfə üz üçün maska etməklə həm dərinizi daha gözəlləşdirəcək, həm də istirahət dəqiqələri qazanacaqsız. Bu məqsədlə 8 gümrahlandırıcı və nəmləndirici vasitəni təqdim edirik.

TONY MOLY-dən “Red Cheeks Girl’s Patch”

Çoxları düşünür ki, maskaların xarici görkəmi əhəmiyyətli deyil, lakin bu belə deyil. Bu gel yapışqanları elə vasitələrdəndir ki, faydalı olmaqla bərabər, kefsiz günlərimizdə belə məzəli görünüşü ilə əhvalımızı qaldırar. Yanaq quruluğundan əziyyət çəkənlərin əvəzedilməzi olan yapışqanlar görünüşü ilə xanımların favoritidir. Zərif yapışqanlı teksturaya malik  20-30 dəqiqəlik maskalar çoxdandır oxumağa imkan tapmadığınız kitablar üçün əla fürsət yaradacaq!

Payız mövsümü üçün fərqli maskalar

 

L’OCCİTANE-dan “Angelica Instant Hydration Mask”  SAMPAR-dan “So Much to Dew Midnight Mask”

Güclü nəmləndirmə xüsusiyyətinə malik 2 maskadan biri L’Occitane brendinə aid şəffaf və gümrahlandırıcı qoxuya malik, üzdə cəmi 3 dəqiqə saxlanan vasitədir ki, digər üstün cəhəti gigiyenik qablaşdırmaya sahib olmasıdır.

 Özünü iş qadınlarının markası kimi qələmə verən Sampar isə qablaşdırmasında maskanı bir neçə saniyəyə vurmağa imkan verən yumşaq fırça əlavə etməklə bir addım da öndə qabaqda!

Payız mövsümü üçün fərqli maskalar

 

 THE FACE SHOP- dan “Lovely Me:ex Bebe Lip Mask”

Parça materialından düzəldilən maska dodaqların nəmləndirilməsində əvəzsizdir. Asanlıqla dodağınıza yapışaraq görünməz teksturaya sahib maska sizə ev işlərini görməyə maneəçilik törətməyəcək.

COSMETICS 27 – dən “Plasma 27 Bio-Lifting Cell Restoring Mask”

Adətən xanımlar parçalı maskalara çox vaxt tələb etdiklərindən və yalnız uzanaraq istifadə edildiyindən sevmir. Buna görə Plasma 27 bərkinən hissələrə malik maskaları ilə diqqət cəlb etdi. Keyfiyyətli qidalandırıcı maska hesab vasitə  onu nəinki uzanaraq, həmçinin kompüter qarşısında oturmaq üzdə saxlamağa imkanı yaradır.

Payız mövsümü üçün fərqli maskalar

 

PILAB CELLULAR– dan “Energizing Facial Mask”

Dəriyə parlaqlıq və təravət bəxş edən qalın krem maskasının istehsalçıları bu maskanı pilinqdən sonra istifadə etməyi tövsiyyə edirlər. Bundan əlavə unutmayın ki, bütün nəmləndirici, qidalandırıcı və digər maskaları yalnız üzə deyil, həm də qulaqlara, boyuna və dekolte bölgəsinə vurmaq mümkündür.

 Payız mövsümü üçün fərqli maskalar

TONY MOLY -dən “Intense Care Syn-Ake Eye Mask”

Vizual planda ən diqqət çəkən maskalardan biri sözsüz ki, Tony Moly brendinin bu maskasıdır. Kosmik mövzunu xatırladan görüntüsü ilə istifadəçilərini təəccübləndirən maskanın əsas funksiyası dərini nəmləndirməkdir. İstehsalçılar bu maskanın dəriyə “botoks effekti” veridyini, həmçinin qırışları hamarladan nəticə alacaqlarını vəd edir.

Firuzə Harunova

20 sentyabr 2016
GO BACK