Qadin.NET / Feysbildinq- üz üçün məşqlər

Feysbildinq- üz üçün məşqlər

Feysbildinq - qırışları hamarlaşdıran, cərrahiyyə əməliyyatı olmadan dəriyə daha elastik görünüş verən, üz üçün xüsusi hazırlanmış bir sıra kompleks məşqlərdir. Əgər bu məşqləri gündə iki dəfə və sizə uyğun saatda düzgün olaraq yerinə yetirsəniz, effekti daha yaxşı olur. Gün ərzində cəmi 20 dəqiqə sərf etməklə bir həftə sonra böyük dəyişiklik görəcəksiniz - üzünüzün rəngi açılacaq, gözaltı göyərmələriniz azalacaq. Məşqlərə bir ay müntəzəm olaraq davam etdikdə isə boğazaltı buxağınızda da azalma görəcəksiniz. 

Feysbildinqi də Bodibildinq kimi düşünün, müntəzəm və doğru məşqlərlə ən gözəl nəticəyə nail olmaq mümkündür. 

Feysbildinq- üz üçün məşqlər

Artıq bilirsiniz ki, üz üçün istənilən gimnastikadan əvvəl, üzdən kosmetika silinir, ayna qarşısında rahat oturulur, saçlar müvafiq qaydada toplanır. 

Feysbildinq- üz üçün məşqlər

1. Əvvəlcə alın nahiyəsində şaquli istiqmətdə olan qırışlardan qurtulmaq üçün masajlar edilir.

2. Daha sonra qaşlar arası nahiyədə üfiqi istiqamətdə olan qırışlar masaj edilir. 

3. Sonra ard-arda göz ətrafı masajlara davam edilir. 

Feysbildinq- üz üçün məşqlər

Ümumi bütün üzün masajları xəbərin sonundakı videoda göstərilmişdir.

Hər zaman gözəl qalın! Ən başlıcası qəlbinizdə. 

Feysbildinq- üz üçün məşqlər


7 oktyabr 2016
GO BACK