İndi küçədə yazdı amma yaya da az qalmadı.Günəş bizi öz diqqəti ilə xöşbəxt edir.Bu tezliklə isə hamısı çiyələyin dadına baxmağa tələsəcək.Çiyələyi onun ətirli,al qırmızı rəngli,şirəli və dadlı olduğu üçün sevirik.Bəs o nə qədər gözəl xüsusiyyətləri özündə daşıyır?!Tərkibində antiseptik,bol vitamin C,B1, B2, A, duzlu minerallar,dəmir,kalsiya,marqansa,maqniya,fosfor,fitonsit,şəkər,karatin vardır.Üzü təmizlər, dişləri ağardar(diş ağrısını da azaldar) hələ immuniteti də gücləndirər,maddələr mübadiləsini yaxşılaşdırar.Hər gün 150 qram çiyələk yemək depressiyadan uzaqlaşdırar.Çiyələk güclü allergendi.Onunla diqqətli olmaq lazımdı.Hətta sizdə heç vaxt çiyələyə qarşı allergiyanız olmayıbsa belə onu çox yemək məsləhət deyil çünki allergiya özünü biruzə verə bilər ( dəridə qırmızı ləkələr, qaşınma, burun tutulması, göz yaşları).O kəslərki çiyələyə qarşı allergiyasız doğulublar bu meyvəni yeyə, yararlana və gözəllikləri üçün istifadə edə bilərlər.
Yağlı dəri üçün maska:
Qidalandırıcı (skrab) maska.
Qatığı götürürük, təxminən yarım stəkandan az, üzərinə barmağımızın ucunda bir az duz töküb qarışdırırıq.
Ardınca, orta ölçülü çiyələkləri götürürük, hər çiyələyi qatığa salıb, üzümüzə sürtərək, onu əzib, barmaqlarəmızın ucu ilə masaj edirik.
Bu maskanı 10 dəqiqə üzdə saxladıqdan sonra onu ilıq su ilə yuyuruq.
Bu resepti quru dəriyədə çəkmək olar, amma ki, çiyələkləri qarğıdalı və ya zeytun yağında islatmaq lazımdır.