Qadin.NET / Çillərə qarşı maska reseptləri

Çillərə qarşı maska reseptləri

Çillərə qarşı maska reseptləri

Çillərə qarşı maska reseptləri 

Çillər ilə başınız dərddədirsə, bu yazımız tam sizə görədir. Çünki çillərin görünüşünü azaltmaq üçün birdən çox variantımız var. Sizə və dərinizə ən yaxşı gələn üsulu təyin edə bilər və nizamlı olaraq istifadə edə bilərsiniz. 

1- Limon Suyu: Dərinin rəngini ən yaxşı açan qidaların başında limon gəlir və C vitamini ilə dərini bəsləyir. Təzə limon suyunu bir qaba sıxdıqdan sonra pambıq köməyi ilə dərinizə sürtün. Əgər dəriniz çox  yaralıdırsa, limonu su ilə qarışdıraraq da eyni əməliyyatı edə bilərsiniz. 15 dəqiqə gözlədikdən sonra isə soyuq suyla yuyun və bu əməliyyatı hər gün etməyə diqqət edin. 

Çillərə qarşı maska reseptləri

  2- Süd Maskası: Südün içində laktoza var və dərinin üst təbəqəsinin soyulmasında təsirlidir. Bu təklifimiz isə daha çox təbii çillər üzərində təsirlidir. Etməniz lazım olan budur: bir miqdar kremi çillərinizin üzərinə sürtün və 15 dəqiqə gözləyin. Sonra üzünüzü süd ilə yuyun və qurulamayın. Öz-özünə qurumasına icazə verin və 10 dəqiqə də o şəkildə gözləyin. Ardınca ilıq su ilə durulayın.

Çillərə qarşı maska reseptləri

3- Xiyar Maskası: Bir orta boy xiyarı yarım stəkan çiy südün içinə doğrayın. Əldə etdiyiniz qarışıqdakı xiyarın özünün südə keçməsi üçün iki saat gözləyin və marla ilə süzün. Əldə etiyiniz dənəsiz qarışığı ləkələrinizin üzərinə sütrün 15 dəqiqə gözləyin və sonra ilıq su ilə durulayın. 

Çillərə qarşı maska reseptləri

4- Turp: Bir ədəd turpu incə-incə doğrayın və içində üzüm sirkəsi olan bir qaba qoyun və bu qabın ağzını heç açmadan bir həftə gözlədin. Bir həftə sonra marlanın köməyi ilə suyunu süzün və pambıq yardımıyla çillərinizə sürtün quruduqca bir daha sürtün və bu əməliyyatı 30 dəqiqə boyunca təkrarlayın. 

Çillərə qarşı maska reseptləri

 5- Kətan Toxumu: Bir su stəkanına bir yemək qaşığı bərabər gələcək şəkildə nizamlayaraq suyu qaynadın və kətan toxumunu içinə ataraq dəmlənməsini gözləyin. Yaxşıca dəmləndikdən və ilıtdıqdan sonra pambıq köməyi ilə çillərinizə sürtün və 20 dəqiqə gözləyib yuyun.

 

15 yanvar 2016
GO BACK