Qadin.NET / Yatmazdan əvvəl gözəllik baxımı

Yatmazdan əvvəl gözəllik baxımı

Yatmazdan əvvəl gözəllik baxımı

Saçlarınıza Diqqət edin!

Yatmazdan əvvəl saçlarınızı taxta bir daraq ilə darayın. Saçlarınızı darasanız, başınızdakı qan dövranını sürətləndirər və saçınızı masaj etmiş olarsınız. Çünki saç köklərinin qan dövranının sürətlənməsinə ehtiyacı vardır.

Gecə saçlarınızı atquyruğu etməyin və ya möhkəm-möhkəm yığıb hörməyin. Çünki möhkəm yığılan saçın saç kökləri zəifləyər və saç asan tökülər. Bundan əlavə bir neçə damla yağı ovucunuza yayaraq saç uclarınıza az miqdarda toxundura bilər və yata bilərsiniz.

Yatmazdan əvvəl gözəllik baxımı

Dərinin təmizliyi və nəmləndirilməsi şərtdir!

Dərisini sevən bir qadının özünə edəcəyi ən böyük yaxşılıq yatmazdan əvvəl dərisinə baxım etməkdir. İlk şərt yatmazdan əvvəl dərisini təmizləmək və su əsaslı bir nəmləndirici ilə nəmləndirməkdir. Çünki yuxu halında dəri özünü yeniləyər və əgər makiyajlı bir şəkildə yatdınızsa, dəri bu əməliyyatı edə bilməz və tez yaşlanar. Dərinizi təmizləyərkən də sabun istifadə etməyin. Sabun istifadə etdiyiniz təqdirdə dəriniz quruyar və dərinin ph tarazlığını salar.

Nəmləndirici seçimi də təmizlik qədər əhəmiyyətlidir. Əgər dəriniz yağlıdırsa, bu zaman su əsaslı nəmləndirici istifadə etməlisiniz.

Göz ətrafı üzdəki ən həssas yerdir və daha çox nəmə ehtiyacı vardır. Bu səbəblə yatmazdan əvvəl göz kremi istifadə etməlisiniz. Göz ətrafında ən təsirli nəmləndirici isə soyuq pres üsuluyla çıxarılmış ərik tumu yağıdır. 

Yatmazdan əvvəl gözəllik baxımı

Qaş və kirpik baxımı!

Qaş və kirpiklərin ən yaxın yoldaşı vazelindir. Yatmadan əvvəl vazelini qaş və kirpik diblərinizə bir qulaq təmizləmə çöpü ilə sürtə bilərsiniz. Beləcə zamanla daha gur, möhkəm qaş və kirpiklərə qovuşarsınız.

Diş təmizliyinə diqqət edin!

Yatmazdan əvvəl həm alınan nəfəsin keyfiyyətini artırmaq, həm də diş sağlamlığımızı itirməmək üçün dişimizi və dilimizi mütləq fırçalayın. Üzümüz və bədənimiz qədər ağız təmizliyinə də əhəmiyyət verməliyik. 

 

 

8 iyun 2016
GO BACK