Qadin.NET / Gözaltı ləkələrinin həlli yolları

Gözaltı ləkələrinin həlli yolları

Gözaltı ləkələrinin həlli yolları

Heç nə bizi göz altı qara ləkələrdən daha çox məyus etmir. Hətta ən yaxşı kosmetika karandaşının qatları və kosmetik markerdən sonra belə bəzi qara dairələr yoxa çıxmır. Biz makiyaj etməyi nə qədər seviriksə, problemin üstünü örtmək ondan həqiqətən yaxa qurtarmağa kömək etmir (kosmetika karandaşı əsasən kipriklərin altındakı qara ləkələri gizlədir. 

Qara dairələr üzərində işləməyinizə kömək etmək üçün biz ən yaxşı üsullardan bəzilərini bir yerə topladıq. Siz bu ləkələrə nəyin səbəb olduğnu öyrənincə, onları aradan qaldırmağa da daha yaxşı hazırlaşacaqsınız. Aşağıdakıları oxuyun!

Qida rasionunuzu dəyişin. Əgər gözlərinizin altı şişkindirsə və bu kölgə əmələ gətirir və elə görüntü yaradırsa ki, sanki alt kiprik xəttinizin aşağısında aypara şəkilli qaranlıq kölgə vardır, nə yediyinizə diqqət yetirin. Duzlu yeməklər və alkoqol həddən artıq şişkinliyə səbəb olur, beləliklər əgər siz bunlara son versəniz, sizin dəriniz şişmədən daha asanlıqla istirahət edə biləcək. Üstəgəl, şişkinlikdən azad olmaqla siz təkcə gözlərinizi deyil, bütün vücudunuzu rahatladacaqsınız.

Gözlərinizi ovuşdurmağı dayandırın. Heç fərqinə varmısınız ki, ayaqqabınızın ayağınızı sürtməsi ayaqlarınızda uzun müddət qalan qara ləkələr buraxa bilər? Eyni şey də gözlərdə baş verir, əgər siz onları daima ovuşdurursunuzsa. Sürtünmə (ovxalama) dəri piqmentlərinin qaralmasına səbəb olur, beləliklə də əgər siz daima gözlərinizi ovuşdurursunuzsa, özünüzə heç bir xeyir vermirsiniz.

Hündürdə yatın. Siz düz şəkildə uzandıqda, gözlərinizin altında yaş yığıla bilər. Gecə vaxtı başınızın altını əlavə bir və yaxud iki balıncla hündürləşdirin ki, göz yaşı gözünüzün ətrafındakı artıq şeyləri özü ilə aparmaqla aşağı axıb qurusun.

Gözaltı ləkələrinin həlli yolları

Günəşdən qoruyan krem. Əgər gözünüzün altındakı dəri özü-özündən tam qaralırsa, ona yaşlandıqca qaralmağa imkan verməyin. Hər gün (bəli, günəşdə, yağışda və ya qarda) gözlərinizin altına SPF 30 kremi çəkin, ancaq gözə birbaşa təmas etməsindən qaçının. Günəş gözlərinizin ətrafındakı piqmentləri qaraldaraq yaşlandıqca qara dairələrin daha da pisləşməsinə səbəb ola bilər.

Adsız barmaqlarınızdan istifadə edin. Siz karandaşı və yaxud makiyajı barmaqlarınızla sürtdükdə (yaxud makjayı silən vasitə vurduqda) adsız barmaqlarınızdan istifadə edin, çünki onlar əldə ən zəif barmaqlardır. Yuxarıda da qeyd etdiyimiz kimi, daha az sürtünmə daha yaxşıdır, beləliklə də zəif barmağınızı işlətməyiniz gözlərinizin ətrafındakı hissəyə daha zərif təsir etmiş olacaq.

Soyuq çay paketləri. Bir fincan çay dəmləyib qurtardıqdan sonra qalmış çay paketlərini 10 dəqiqə müddətində soyuducuya qoyun, sonra uzanın və çay paketlərini gözlərinizin üzərinə qoyun. Bu, təkcə sizin gözlərinizin 15 dəqiqə müddətində dincəlməyinə imkan verməyəcək, eləcə də soyuq çay paketləri şişkinlik və rəngin solmasını azaldaraq, gözlərinizin ətrafında dərini yüngülləşdirəcəkdir. 

Qatranlı kremdən (retionid) istifadə edin. Qatranlı kremlər cildinizin bütün hissələri üçün əladır, ancaq xüsusilə də gözlərinizin ətrafı üçün münasibdir, çünki onlar rəngin solmasına son verməyə və nazik qırışları azaltmaq üçün kollagenin artmasına kömək edir. Davamlı olaraq müntəzəm istifadədən sonra sizin cildiniz parlaq və hamar görsənəcəkdir.

Gözaltı ləkələrinin həlli yolları

Neti potdan (burun təmizləyən çaydan metodu) istifadə edin. Əgər sizin gözləriniz allergiya və yaxud soyuq nəticəsində şişkindirsə, burnunuzda neti potdan istifadə etmək gözlərinizin ətrafında maye yığılmasından qurtulmağa kömək edəcəkdir.

Üzünüzdəki makijayı silməmək üçün bəhanələr uydurmağa son verin. Yatarkən üzünüzdə makiyaj saxlamaq yalnız gözlərinizi qıcıqlandıracaq və mayelərin həmin hissəyə axmağına səbəb olacaq. Hətta üzünüzdə olan şey sadəcə tuş və yaxud karandaşdırsa, gecə dərinizi təmizləyin və bundan sonra qatranlı kremdən istifadə edin. Əgər siz gerçəkdən də çox tənbəlsinizsə, tumboçkanızda bir paket kosmetika təmizləyən salfet saxlayın ki heç bir bəhanəniz olmasın.

Səhər üçün qaşıq dondurun. İki metal qaşığı suya salın və dərhal da gecə boyunca soyuducuya qoyun. Səhər çağı, qaşıqları soyuducudan çıxarın və dairəvi tərəfini hazır olmazdan qabaq beş və yaxud on dəqiqə gözünüzün üzərinə qoyun. Soyuq şişkinliyi azaltmağa və dərinizə hər-hansı makiyaj çəkməyinizdən öncə onun dincəlməsinə kömək edəcəkdir.

Augusta Falletta

7 iyun 2016
GO BACK