Üzdə sızanaqlar-bu iltihabın ən xoşagəlməz formasıdır. Narahatlıq və qaşınma ilə yanaşı hətta ağrı da hiss edirik. Dərinin çirkin formada olmasınıdan hələ danışmırıq. Əvvəlcə ağrısız qızartı əmələ gəlir, sonra da isə tədricən böyüyür və sızanağa çevrilir.
Sızanaqlar üzdə uzun müddət yetişir. Öz böyüməsini başa vurduqdan sonra onlarda ağ nöqtə əmələ gəlir. Bu hissəyə ölmüş bakteriya və virislar toplanır. Onları bura dərialtı piy toxumalarının axarları gətirir, onlar faydallı mikroorqanizimlərin qidasının təşkil edirlər.
Yaranmanın səbəbi
"Mən bilən yeganə gözəllik-sağlamlıqdır." Bir vaxtlar Qenri Qayner belə demişdir. Siz necə sağlamlığa sahibsiniz? Nə ilə qidalanırsınız, üz və bədəninizə necə qulluq edirsiniz? Nə əkiriksə, onu da biçirik, nəticədə üzdə sızanaq və civzələrin əmələ gəlməsini müşahidə edirik. Amma bir çox hallarda bu heç də bizim ehtiyatlı olmağımız ilə bağllı olmur.
- Hormonal fon. Cinsi yetişkənlik dövründə, menstruasiya, klimaks zamanı çox təəssüf olsun ki, bizim orqanizimimizdə hormonla fon dəyişir, piy hüceyrələri aktivləşməyə başlayır, bu da iltihabın yaranmasına səbəb olur. Yeri gəlmişkən qırmızı sızanaqlar aybaşından əvvəl əmələ gəlir.
- Follikulyar hiperkeratoz. Bu xəstəlik follikul kanalı divarının sıx bağlanmasıdır. Bu zaman dərinin hər yerinə kiçik sizanaqlar yayılır.
- Preparatların qəbulu. İltihablı sızanaqlar uzun müddətli antibiotik, steroid və hormonal təyinatlı dərmanların qəbulundan sonra da əmələ gələ bilir. Bu vasitələr bütün orqanizmə, o cümlədən dəriyə də təsir edir.
Sızanaqların növləri
Üzdə çıxan sizanaqlar müxtəlif növ və formlarda olur. Onlar kiçik və böyük sızanaqlar, konusşəkilli, yarımdairə və ya düz (mərcimək formalı) formada olur. Onları aşağıdakı kimi adlandırırlar:
- Pustula (kiçik irinli sizanaq)- irinli sızanaqlar tük follikulasının iltihabı zamanı yaranır.
- Papula (adi qırmızı sızanaq)-bu böyük olmayan qırmızı düyünlər şəklindəki ləkələr follikulun dağılması və daxilinə dəri hüceyrələrinin düşməsi nəticəsində əmələ gəlir.
Əgər belə bir sual olsa, "irinli sızanaqları sıxmaq olar?", buna ritorik cavab "əlbəttə, niyə də yox!", və bu iltihablaşmış follikulun sadəcə olaraq partlamasına səbəb olacaq. İrin təmizlənmədiyi halda o dərinin altında qalmış olur. Zəncirvari riaksiyalar baş verəcək və sızanaqlar bütün üz boyunca yayılmış olacaq.
Ardı var...