Qadin.NET / Sızanaqlara qarşı nələri etməliyik?

Sızanaqlara qarşı nələri etməliyik?

Sızanaqlara qarşı nələri etməliyik?

Aspirin Maskası

Dərinizə təbii pilinq təsiri bağışlayan aspirin ilə hazırladığınız bu maska ilə qara nöqtələrə və sızanaqlara əlvida deyə bilərsiniz.

Aspirin maskasını həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Aspirin maskası sızanaqlara təsir edir, qara nöqtələri azaldır və məsamələri yaxınlaşdırır.

İçindəkilər:

4 aspirin

1qaşıq su

1çay qaşığı bal

Hazırlanması:

Aspirinləri suda əridin və içərisinə balı əlavə edin. Göz ətrafına gəlməyəcək şəkildə tətbiq etdikdən sonra 15 dəqiqə gözləyin.

Quruduqdan sonra əlinizlə yavaşca oyaraq təmizləyin.

Sızanaqlara qarşı nələri etməliyik?

Sarımsaq

Sarımsaq sivilcələrə qarşı təsirli təbii bir dərmandır. Sarımsağın tərkibində olan antioksidan maddələr sivilcələrin yaranmasına səbəb olan bakteriyaları öldürür. Balaca sivilcələrin üzərinə dilimlənmiş təzə sarımsağı sürtüb, bir müddət gözlədikdən sonra ilıq su ilə durulayın. Qısa müddətdə sivilcələrin yox olmasının şahidi olacaqsınız.

Sızanaqlara qarşı nələri etməliyik?

Gülsuyu 

Dərini nəmləndirmə və təmizləmə xüsusiyyətinə malik gülsuyunu soyuducuda saxlayıb, soyuq-soyuq tətbiq etsəniz, eyni zamanda, üzünüzdə qan dövranını da sürətləndirmiş olarsınız.  Beləliklə, gülsuyu ilə nəmlənən üzünüz öz təbii görüntüsünə qovuşmuş olacaqdır. Gülsuyunun dəriyə bəzi başqa faydaları da vardır. Belə ki, dəridəki qızarıqlığı və şişkinliyi aradan qaldırır, tıxanmış məsamələri açır, dəriyə parıltı verir, cildinizin quruluğunun qarşısını alır.

5 iyun 2015
GO BACK