Üz dərimiz orqanizimdə baş verən kiçik dəyişikliklərə belə anında reaksiya verir. Alında və ya yanaqda əmələ gələn sızanaq mütləq hər hansı prosesin pozulması ilə əlaqədardır. Ddüzgün olunmayan qulluq, gigiyena qaydalarının pozulması və ya orqanların işində "yol verdiyi səhvlər". Dəqiq olaraq bu səbəbləri səpgilərin yeri ilə müəyyən etmək olar. Düzgün olaraq müəyyən olunma ilə problem də asanlıqla təll olunar. Əlbəttə məsələnin bu həll üsulu hormonal dəyişkənliklər (məs:yeniyetməlik yaşında) və ciddi drematoloji problemlər zamanı mümkün olmur. Hər halda əgər özünüz sızanaqların öhtəsindən gələ bilmirsinizsə, o zaman mütəxəssisə müraciət edin.
1. Ağız ətrafında və burun pərlərində olan sızanaqlar həzm sistemi xəstəliklərindən xəbər verir.
Çox vaxt bağırsaq keçirməməzliyi zamanı bu bölgələrdə sızanaqlar əmələ gəlir. Bu səpkilərlə mübarizə aparmaq üçün bütünlükllə öz menyunuza nəzər salmalısınız-mütləq şirniyyatdan, şirin qazlı içkilərdən və fast-fuddan imtina etmək lazımdır. Qidanıza bol taxıl bitkiləri əlavə edin, ya da 3 günlük detoks-dieta saxlayın. Yeri gəlmişkən, yağlı yeməklərdən sonra yağ qalıqları ağızətrafı hüceyrələrin tıxanmasına səbəb ola bilər və bu da səpkilər əmələ gətirər. Ona görə də yeməkdən sonra dodaqları silmək vacib gigiyenik şərtdir. Yaxşı olar ki, dizinfeksiyaedici tərkibli salfetlərdən və ya makiyaj silmək üçün nəzərdə tutulan vasitələrdən istifadə edəsiniz.
2. Burunda və eləcə də T-zonada baş verən səpkilər stressdən xəbər verir.
Orqanizim stres yaşadığı vaxtlarda çoxlu miqdarda adrenalin ifraz edir. Bu da öz növbəsində sebumanın ifrazını aktivləşdirir. Bununla necə mübarizə aparmalı? Birinci- hər şey üçün həyəcanlanmaq lazım deyil. Yatan zaman sakitləşdirici bitki çayı (məs. minaçiçəyi çayı) içməyə cəhd edin. İkincisi-yağlı dərilər üçün nəzərdə tutulmuş tonik, lasion və yuyunma vasitələrindən istifadə edin. İstənilən komsetik vastə piy ifrazının ləngiməsinə kömək edir.
3. Çənə altında, boğaz və dekolte hissədəki səpkilər homonal dəyişkənliklərədən xəbər verir.
Əgər belə siqnallar tsiklın ilk həftəsində əmələ gəlirsə heç bir qorxusu yoxdur. Toniklə silmək kifayətdir. Lakin əgər onlar yoxa çıxmırsa, o zaman ginikoloq və endokrinoloqa müraciət edin. Bəzən belə səpkilər sidik-cinsiyyət sistemi xəstəlikləri zamanı da əmələ gəlir.
4. Saç diblərində əmələ gələn sızanaqlar düzgün seçilməmiş saç möhkəmləndirici vasitələrin yaratdığı reaksiyadır.
Bu vasitələrin dəriyə düşməsi hüceyrələri tıxayır və məlum sızanaqların əmələ gəlməsinə səbəb olur. Saçlarınızı düzləşdirəndən dərhal sonra alın hissədə tüklər çıxan sahəni mütləq təmizləyici vasitələrlə silin.
5. Gözaltı səpkilər-yorğunluq və böyrəklərin işinin pozulmasından xəbər verir.
Bu zaman yaxşı dincəlmək və mərsin çayı içmək faydalıdır.
6. Yanaqda əmələ gələn səpkilər ağciyərlərdə kifayət qədər oksigenin olmaması və ya onun funksiyasının pozulmasından xəbər verir.
Yaxşı olar ki siqaretdən vaz keçəsiniz, təmiz havada daha çox olun. Həftə sonu şəhərdən kənara istirahətə gedin. Həmçinin yanaqdakı səpkilər smartfonların bu nahiyəyə daha çox təmas etməsindən əmələ gələ bilər. İnanın ki, telefonun ekrani təmizlikdən uzaqdır. Ona görə də onu gündə bir dəfə dizinfeksiyaedici salfetlə silin.