Qadin.NET / Dərinizi təravətləndirən maskalar

Dərinizi təravətləndirən maskalar

 

 

İşləyən qadın ağır iş rejimindən sonra özünə vaxt ayırmağa tənbəllik etdiyi üçün bədənlə birgə üz dərisi də yorğun olur.  
Lakin bu 2 asan hazırlanan üz üçün maska vaxtımızı almadan dərimiz üçün çox gözəl qida olacaq.


1- ci maska
Bərabər miqdarda limon suyu, kök suyu və qatığı qarışdırın üz dərinizə çəkib 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə üzünüzü yuyun.


2- ci maska
1 ədəd orta boy kartof
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı zeytun yağı
Kartofu rəndələyib üzərinə alma sirkəsi və zeytun yağı əlavə edib qarışdırın. Qarışığı üzünüzə çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun.


Hər 2 maskanı həftədə 2 dəfə etməklə 1 aya dərinizin necə təravətli və gözəl olduğunu hiss edəcəksiniz.

21 iyun 2011
GO BACK