Qadin.NET / 7 addımda gözaltı torbalardan xilas olun!

7 addımda gözaltı torbalardan xilas olun!

7 addımda gözaltı torbalardan xilas olun!

Gözaltı torbalar hər zaman xoşəgəlməz görüntü təsiri bağışlayır. Bir çox qadın üçün isə o sadəcə vahiməli yuxu kimidir. Gözaltı torpalar yeniyetməlik dövründə yaranıb müvəqqəti narahatlıqdan sonra itə bilsə də, bəzən bütün ömrü boyu qadın gözəlliyini izləyə bilir. Əgər güzgüyə baxarkən ordan sizə bir panda boylanırsa, əmin olun ki, bu gözaltı torbaların nəticəsində yaranan görüntüdür.

Bu gün biz dərini zədələmədən gözaltı torbalardan xilas olmağın bəzi sirlərini açacayıq.

Yaranma səbəbləri  

Göz ətrafında yaranan qara dairəvi ləkələr gələcəkdə bu problemin yaranacağına bir işarədir. Bu həm də orqanizmin qaydasında işləməsinə dair göstəricidir. Belə qəbul olunub ki, bu ləkələr yorğunluğun və yaxud da yuxusuzluğun gətirdiyi nəticədir. Lakin daha diqqət çəkilməsi lazım olan faktlar var, hansı ki, gözaltı torbaların yaranmasında onları nəzərdən qaçırmaq olmaz.

Tibbi nöqteyi nəzərdən yanaşıldıqda gözaltı torbalar özü-özlüyündə heç bir təhlükədən xəbər vermir. Onlar göz ətrafındakı nazik dəri üstündə xırda qara ləkələr və şişkinliklər formasında özünü biruzə verir. Bu ləkələr əslində bədəndə su çatışmazlığının həyəcan təbilidir. Gözü dairəyə alan qaraltılar maddələr mübadiləsini pozulmasından, böyrəklərin düz işləməməsindən və qansızlıqdan xəbər verir. Əgər bu dairələr yanlız yaz aylarında ortaya çıxırsa, ola bilsin sizin orqanizminizdə nəyəsə qarşı allergiya var. Məsələn, bu toza qarşı ola bilər.

Gözaltı torbaların qarşısının alınması

7 addımda gözaltı torbalardan xilas olun!

Gözaltı torbalardan xilas olmaq üçün hazır kremlərə əlavə olaraq biz xalq təbabətindən bəzi vasitələri təklif edə bilərik.  

Xiyar.

Bu tərəvəzdən hələ bizim nənələrimiz də istifadə edib. Xiyarı buz küplərinə boşaldıb soyuducuda saxlayın, sonra onu bütün gözünüzü tutacaq səviyyədə torbaların üstünə qoyun. Təxminən 15 dəqiqə beləcə istirahət verin gözlərinizə.

Kartof.

Bu tərəvəz də yuxarıda adı çəkilən kimi istifadə olunur. Soyuq kartof şişkinliyi aradan qaldırmağa kömək edir. Kartofu gecədən soyuducuda saxlayın, səhər götürüb dilimlərə bölün və gözünüzün üstünə qoyun. 5-10 dəqiqə ərzində eləcə qalsın. Daha sonra isə səliqə ilə gözünüzü yuyun.

Süd.

Bir parça bezi südlə isladın. Azacıq sıxıb gözünüzün üstünə qoyun. 20-30 dəqiqə qalsın. Bu vasitə gözdəki soyuqdəyməni və xoşəgəlməz görüntünü aradan qaldırmağa kömək edəcək.

Çay paketləri.

Çay paketlərini qaynar suda dəmləyin. Daha sonra 5-10 dəqiqə soyuducuda dinləndirin. Soyuducudan götürdükdən sonra göz ətrafınıza qoyub 20-30 dəqiqə saxlayın. Yaşıl çay yaxud da çobanyastığı çayı daha əlverişli ola bilər.

Yumurta ağı.

Yumurtanın ağını çalıb fırça vasitəsi ilə göz ətrafınıza ehmalca sürtün. Yumurta quruyanda azca rahatsızlıq hiss edə bilərsiniz, amma narahat olmağa dəyməz. Bu yaxşı əlamətdir. 20 dəqiqə gözləyib soyuq su ilə yuyun.

Buz.

Bu vasitədən gözaltı torbalardan tez bir müddətə xilas olmaq istəyəndə istifadə edə bilərsizniz. Buzu göz ətrafınızda dairəvi hərəkətlə gəzdirin. Lakin bu həm göz üçün, həm də burun üçün təhlükəli ola bilər. Odur ki, ehtiyyalı olun.

Əlavə məsləhətlər.

Gözaltı torbalardan xilas olduqdan sonra çalışın ki, onlar yenidən qayıtmasın. Bunun üçün isə yaxşıca yatmaq və boş vaxtları televizora baxmaqla hədər etməmək lazımdır. Göz ətrafındakı kölgələr vitamin çatışmazlığının da əlamətləri hesab oluna bilir. Odur ki, qidalanmanıza da fikri verin. Göyərti, meyvə tərəvəzdən bol istifadə edin. Eyni zamanda çalışın duzu azaldasınız, çünki duz bədənin suyunu azladır. Çoxlu su için, amma bunu yatmamışdan qabaq etməyin. Siqaret çəkmək də gözaltı torbaların yaranmasına güclü təkan verir.

Qeyd olunanlara dəqiq əməl etməklə siz gözaltı torbalarınızdan xlas ola bilərsiniz və simanızda sizi narahat edə biləcək artıq heç nə olmayacaq. 

14 yanvar 2016
GO BACK