Nanə bildiyimiz kimi sərinləşdirici təsirə malikdir. Qida və dərman sektorunda da istifadə edilən nanə gözəllyimizə də faydalıdır. Harada olursaq olaq bir qədər təzə və ya quru nanə qoxusu bizi rahatlaşdırmaq və canlandırmaq üçün yetərlidir.
İstər iş xanımı, istər ev xanımı fərq etməz gün ərzində aktiv olduğumuza görə dərimizə canlılıq bəxş etmək üçün kifayət qədər vaxt ayıra bilərik. Xüsusilə işləyən xanımlar üçün faydalı olan bu maska dərinizə ayıracağınız zamanı azaltmış olacaq və gəncləşdirib canlılığa qovuşduracaq.
Nanə maskası
Nanə maskasını hazrlamaq çox asandır. Bir qədər təzə nanəni isti su olan qabın içində dəmə qoyun. Daha sonra bir yemək qaşığı dəmlənmiş nanə ilə gündəlik olaraq istifadə etdiyiniz bir baxım kremini qarışdıraraq üzünüzə çəkin. Artıq gözləmə zamanıdır. Təxminən 10 - 15 dəqiqə sonra maskanı təmizləyə bilərsiniz. Gün aşırı istifadə etsəniz dərinizə çox faydalı olacaq.
Bal maskasıyla epilyasiya
Dərinizin həssas olduğu nöqtələrində tətbiq edə biləcəyiniz balla edilən epilyasiya.
Lazım olan ərzaqlar:
1 kasa bal
Limon suyu
Bez parçaları
Vam odda balı isidi. Bərk bir maye halına gəldiyində bir neçə damcı limon suyu əlavə edin. Soyumağa qoyun. Hazırladığınız qarışığı tüklərinizin olduğu bölgəyə çəkin, bir neçə saniyə gözləyin. Kremin üzərinə bir bez parçası yapışdırıb, yayın. Tüklərin əksi istiqamətində bir dəfəyə çəkin. İşiniz qurtardıqdan sonra soyuq suyla təmizləyin. Nəticədə hamar, ipək kimi bir bədənə sahib olun!