Qadin.NET / Gözəllik maskaları necə hazrlanır?

Gözəllik maskaları necə hazrlanır?

Gözəllik maskaları necə hazrlanır?

Demək olar bütün xanımlar az və ya çox dərəcədə üz dərisindən şikayət edir. Xüsusilə göz altındakı qara izlər üzümüzü halsız göstərir. Yorğun və halsız, canlılığını və təzəliyini itirmiş bir dəri görünüşünə sahib olmağı heç kim istəməz. Göz altı qaralmalarının bir çox səbəbi ola bilər. Yorğunluq, yuxusuzluq, yanlış qidalanma, həddindən artıq spirt və siqaret istifadəsi, irsi səbəblər, günəş şüalarına tuş gəlmək, kompüter arxasında işləmək kimi faktorlar göz altı qaralmalarının səbəbi ola bilər. Qaraltıların keçməsi və dərinizin sağlam sıxlanması üçün bu resepti mütləq edin. Fərqi görəcəksiniz.

Balqabaqlı dəri maskası
1 çay qaşığı balqabağın dənələri (çiy olacaq)
1 çay qaşığı süd
Yarım çay qaşığı bal
Gözəllik maskaları necə hazrlanır?
Balqabaqlı dəri maskasının hazrlanma qaydası:
Balqabaq dənələrini yaxşıca əzin. Kiçik bir kasaya qoyun. İçinə süd və balı əlavə edib yaxşıca qarışdırın. 3 saata qədər soyuducuda gözlədin. Dərinizə sürtün. 30 dəqiqə gözləyin. İlıq su ilə dərinizi yuyun.

Dərini sakitləşdirən maska necə hazrlanır?

Yaş artdıqca üzdə olan qırışlar insanların əhvalını pozur və özlərinə olan güvənclərini yox edir. Sizə təbii bir həll yolu təqdim edim? Qırışlarınızdan xilas olmaq üçün bu maskanı sınamağınızı tövsiyə edirəm. Bu maskada diqqət yetiriləcək nöqtə budur: Bu maskanı bir qat üzünüzə çəkdikdən 10 dəqiqə sonra ikinci qatı çəkirsiz təkrar 10 dəqiqə daha gözləyib üçüncü qatı çəkirsiz.

Gözəllik maskaları necə hazrlanır?
Dərini sakitləşdirən maskanın resepti
1 yumurta sarısı
1 çay qaşığı limon suyu
1 çay qaşığı süd
1 çay qaşığı bal
1 çimdik duz
Dərini sakitləşdirən maskanın hazrlanması:
Bütün vəsitələri bir qabda qarışdırın. Əvvəldən təmizlənmiş olan dərinizə, hazırlamış olduğunuz qarışığı, gözaltlarınız xaric bütün üzünüzə 1 qat çəkin. 10 dəqiqə gözlədikdən sonra üstünə bir qat daha çəkin. Cəm olaraq 3 qat maska çəkin.
Dərinizdə 30 dəqiqə gözlətdikdən sonra üzünüzü ilıq su ilə yuyun.
17 fevral 2015
GO BACK