Bir çox insan zərərli olduğunu bilməsinə baxmayaraq sızanaqları oynatmadan dura bilmir. ABŞ-ın məşhur aparıcısı Oprah Winfreyin proqramına qonaq olan Dr. Mehmet Öz sızanaqları sıxmaq yerinə tam fərqli bir təklif gətirdi: iynə ilə deşmək. Daily Maildə yazılan xəbərə görə böyük bir maket üzərində canlı olaraq maketdə göstərən Dr. Mehmet Öz, spirt ilə təmizlənmiş bir iynənin sızanağın yalnız ağ olan hissəsindən girilərək yoxlanılacağını söylədi.
Sızanaqları belə sıxın!
Ağ qisimin ölü dəri olduğunu, ancaq sızanaq sıxıldığında canlı toxumalara da zərər verildiyini ifadə etdi.
Sızanaq iynəylə deşilərkən dəriyə tamamilə paralel bir şəkildə bir tərəfdən girilib, digər tərəfdən çıxılması lazımdır.
Bundan əlavə dəridəki sızanaqlar sıxıldığında barmaqlardakı mikrob dəriyə keçdiyi üçün yeni sızanaq meydana gəlməsinə də şərait yaradır. Ancaq paralel deşmə texnikası sağlam dəriyə toxunulmadığı üçün heç bir zərər vermir.