Qadin.NET / Sızanaq və qara nöqtələrə son!

Sızanaq və qara nöqtələrə son!

Sızanaq və qara nöqtələrə son!
Qara nöqtələr və sızanaqlar biz qadınların ortaq problemlərindən biridir. Lakin ev şəraitində hazırlyacağımız çox sadə və asan tapa biləcəyiniz vəsaitlərlə bu problemlərdən xilas olmaq mümkündür.
Qara nöqtələrə yaxşı təsir edən maskaların ən təsirlisi limonlu qatıq maskasıdır.
Sızanaq və qara nöqtələrə son!

 Maska:
Limon suyu
qatıq
 Limon suyunu bir kasa qatığın içinə tökərək yaxşıca qarışdırın. Gözlərinizin kənarlarından başlayaraq bu qarışığı üzünüzə yayın və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyaraq təmizləyin. Bir az gözlədikdən sonra üzünüzü daha dinc görünməsi üçün soyuq suyla da yumaq olar.
Limonlu qatıq maskasının faydası:
Limon suyu dərini dezinfeksiya edir, sızanaqları qurudur və qara nöqtələrin itməsinə köməkçi olur. Qatıq isə dərini qidalandırır, nəmləndirir və yağ miqdarını tarazlayır.
Nə vaxt istifadə etməliyik:
Bu maskanın həftədə bir dəfə tətbiqi kifayətdir.
Sızanaq və qara nöqtələrə son!

Sızanaqlar üçün təsirli olan bir tərəvəzlərdən biri də gül kələmdi. Sızanaqlardan xilas olmaq üçün zeytun yağı və gül kələm maskası edə bilərsiniz.
Maska
 Gül kələmi
Zeytun yağı
Səkkiz ədəd gül kələm yarpağını iki qaşıq zeytun yağı ilə birlikdə blendrdən keçirin. Qarışığı üzünüzə yayın. Amma sızanaqların sıx olduğu bölgələrə daha çox çəkməlisiniz. 10 dəqiqə gözləyin və üzünüzü ilıq suyla təmizləyin.
Sızanaq və qara nöqtələrə son!

Maskanın faydası:
Gül kələminin yarpaqlarının təmizləyici funksiyası vardır. Dərinizi təmizləyəcək və qidalandıracaq. 
Nə vaxt istifadə edilməlik:
Həftədə bir ya da iki dəfə. 
Hər zaman gözəl və təravətli olun, Əziz Qadin.Netlilər!
14 yanvar 2015
GO BACK