Qadin.NET / Qüsursuz bir dəriyə sahib olmağın yolları

Qüsursuz bir dəriyə sahib olmağın yolları

Ləkəsiz, qüsursuz və sağlam bir dəriyə sahib olmaq istəyirsiniz? Hamımızın xəyalı budur, elə deyilmi? Hamımız sanki reklamlardakı qızlar kimi təmiz dəriyə sahib olmaq üçün çalışırıq. Bu səbəbdən istifadə etmədiyimiz məhsul, yoxlamadığımız üsul və maska qalmayıb, elə deyilmi? Bir çoxumuz yüksək miqdarda pulu bazardakı "faydasını görmədiyimiz məhsullara" xərclədik. Bəs nəticə? Dərimiz hələ kifayət qədər gözəl deyil.

Bazarda dərimizi təmizləmək üçün bir çox fərqli üsul və məhsul olsa da (və biz bunların hamısını sınamış olsaq da), dərimiz üçün istifadə edə biləcəyimiz ən sağlam üsul təbiətdə gizlidir! Bəli, qüsursuz bir dəri üçün cavab bu qədər sadədir: təbiətin özü! Budur qüsursuz bir dəriyə sahib olmaqın 7 qızıl qaydası!
Qüsursuz bir dəriyə sahib olmağın yolları
Limon suyu
Əgər dərinizdə ton bərabərsizliyi varsa və dəri tonunuzu bərabərləşdirmək istəyirsinizsə, limon suyu dəriyə qulluq etməyə başlamaq üçün ən gözəl üsullardan biri olacaq. Bir neçə damla limon suyu həm tərkibindəki yüksək nisbətdə C vitamini ilə dərinizə parlaq bir görünüş verəcək, həm də dərinizdəki qəhvəyi ləkələrdən asanlıqla xilas olmağınıza kömək edəcək.
Bundan əlavə limon suyu sızanaqlar və qara nöqtələr üçün də ən təsirli təbii silahlardan biridir.
Qüsursuz bir dəriyə sahib olmağın yolları
Çayağacı yağı
Sızanaqlı bir dəriyə sahib olanların köməyinə çatan və yenilərindən can qurtarmaq üçün ən çox axtarılan məhsul kateqoriyasının əvvəlində özünə yer tutan çayağacı yağı təmiz və hamar bir dəri üçün sanki sehrli çubuq vəzifəsini boynuna götürüb. Rahatlıqla tapa biləcəyiniz bir vasitədir. Axşamlar yatmazdan əvvəl yeni çıxmağa başlayan sızanaqlarınızın üstünə bir neçə damla çayağacı yağı çəkin. Bu, sızanaqlarınızın (həm də üzünüzdəki şişlik və qızarmaların) daha sürətli sönməsinə köməkçi olarkən dərinizə əlavə bir parlaqlıq və rahatlıq hissi verəcək. Bundan əlavə çayağacı yağı tərkibindəki təbii komponentlər ilə dərinin təbii yağlarını itirməyinə imkan verməz, dərinin nəm tarazlığını qoruyar və qaşıntıya səbəb olmadan dərinizi yumşaldar.
Bəslənmə nizamınızı dəyişdirin.
Bunu əsla yaddan çıxartmayın, hətta həyat fəlsəfəniz halına gətirin; "Nə yeyirsinizsə, yeyin, amma unutmayın ki, insansınız!" Mədəniz əsla bir zibillik deyil. Biz nə yesək, bədənimiz bizə onun gətirdiklərini təqdim edir. Məsələn, fast food və ya yağlı tum yediyiniz günün səhəri sizi çox güman ki, sızanaqlar gözləyəcək. Ya da eyni gün sobadan yeni çıxmış bir şokoladlı sufle yemək günboyu yorğun və mat bir dəriyə sahib olmanıza səbəb olacaq. Buna görə də dərinizin həqiqi mənada sağlamlıqla işıldamasını və qüsursuz görünməsini istəyirsinizsə, gündəlik menyuda təbii və təzə qidalara, vitaminlərə yer verməli, əvvəlki zərərli qidalardan mümkün olduqca uzaq qalmalısınız.
Qüsursuz bir dəriyə sahib olmağın yolları
Gözəl bir yuxu
Hamar bir dəri və gözəl bir görünüşün sirri qəti olaraq şirin bir yuxudan keçir. Çünki şirin bir yuxu sizlərə yaxşı istirahət və sağlamlıqla işıldayan bir dəri vəd edir. Buna gözəllik yuxusu deyilməsinin bir səbəbi var elə deyilmi? Çünki gündə ən az 7 saatlıq bir yuxu ilə özünüzü rahatlaşdırarkən eyni zamanda dərinizə təzələnməsi üçün də ən məhsuldar zaman vermiş olursunuz. 
Aleo vera
"Qüsursuz bir dəri üçün aleo veramı?" deyənləriniz olacaq, lakin çoxumuzun əslində çox da bilmədiyi bir həqiqət var. Tərkibində olan amin turşuları, fol turşusu və bir çox vitaminlər ilə son dərəcə faydalıdır. Bir çox kosmetik məhsulların tərkibində də aloe vardır. Aleo vera məsamələri təmizləyir və ölü hüceyrələri yox edir. İnfeksiyaların yaranmasına maneə törədərək sızanağın meydana gəlməsinin qarşısını alır. Bundan əlavə dərini nəmləndirir, yumşaldır və dərinin nəm tarazlığını təmin edir. Evinizdə də onu rahatlıqla əkib yetişdirə bilərsiniz. Onun budaqlarından bir dənəsini ortadan iki yerə ayırıb çıxan suyunu dərinizə çəkməyiniz kifayətdir.
Qüsursuz bir dəriyə sahib olmağın yolları
Buz
Qüsursuz görünən bir dəri üçün buz lazımdır. Səbəbi isə soyuğun təsiri ilə daralan qan damarlarının sızanaqlarınızı kiçiltməsi və üzünüzdəki qızartıları aradan götürməsidir. Buzu dərinizi yandırmaması üçün yüngülcə islatdıqdan sonra əriyənə qədər üzünüzdə gəzdirə bilərsiniz və beləcə, sızanaqlarınızı kiçildə və dərinizdəki qızartıları yox edə bilərsiniz.  Təbii gül suyu ilə mineral suyu qataraq da buz hazırlaya bilərsiniz.
Su için.
Hamımızın bildiyi kimi bədənimizin su nisbəti təxmini olaraq 70%-dir və bu nisbət yaşlanarkən sürətlə azalmağa başlayır. Yaşımız irəlilədikcə susuz qalan bədənimiz (dərimiz) zamanla quruyur, sallanır, çatlar və yaşlanma əlamətləri özünü göstərməyə başlayır. Su isə gənc, möhkəm və parlaq bir dəriyə sahib olmağın açarıdır. Su bədənimizdə yığılan toksinlərin atılmasını asanlaşdır və beləcə, əslində toksinlərin ən böyük göstəricisi olan sızanaqlardan onlar ortaya çıxmadan qurutmaq şansını əldə edir. Elə bütün bu səbəbləri nəzərə alsaq, su yaşımız irəlilədikcə və zaman keçdikcə ən böyük dostumuz olmalıdır. Çünki qüsursuz bir dərinin ən əhəmiyyətli maddəsi sudur.
15 dekabr 2014
GO BACK