Qaçmış gəlin və sadəcə gözəl qadın olan 46 yaşlı Culiya Roberts illərə meydan oxuyur sanki. Ulduz öz solmayan gözəlliyinin və cavanlığın sirlərini bizimlə bölüşdü. Onlardan biri zeytun yağıdır. Roberts ondan bədənə qulluq üçün istifadə edir: nəmləndirici kremlərin tərkibinə zeytun yağı əlavə edir və duşdan sonra adi krem kimi bədəninə tətbiq edir. Ayaqlarının açıq ayaqqabıda mükəmməl görünməsi üçün isə ulduz gecədən ayağının altına zeytun yağı sürtür və isti corab geyinir. Culiya deyir ki, bu üsulla səhər duranda ayaqlar baxımlı və hamar olur. Öz gözəl saçlarının parıltısını və canlılığınıda aktrisa zeytun yağına borcludur. O, ondan maskalar edir və şampununa əlavə edir. Culiya Roberts dəqiq demir o, məhz hansı zeytun yağından istifadə edir-adi və ya xüsusi kosmetik. Lakin dermatoloqlar kosmetik olan zeytun yağından istifadə etməyi məsləhət görürlər. Belə yağlar uzunmüddətli filtrasiyadan keçir ki, bu prosesdə bitki zülalların qalıqlarından təmizlənir. O dəri tərəfindən daha yaxşı mənimsənilir və praktik olaraq qıcıqlanmalara səbəb olmur.
1-ci həftə üçün bədənə qulluq planı
1-ci gün:
Səhər: Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
Axşam: Zeytun yağıyla cavanlaşdıran üz üçün maskası. Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
2-ci gün:
Səhər: Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
Axşam: Zeytun yağıyla saçlar üçün bərpa maskası, saçların son yuyulması üçün zeytun yağıyla zənginləşdirilmiş şampun. Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici kremin və ya südün bədənə çəkilməsi.
3-cü gün:
Səhər: Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
Axşam: Ayaq altları üçün yağ kompresi. Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici kremin və ya südün bədənə çəkilməsi.
4-cü gün:
Səhər. Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
Axşam. Zeytun yağıyla üz üçün cavanlaşdıran maska (istəyə görə). Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici kremin və ya südün bədənə çəkilməsi.
5-ci gün:
Səhər: Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
Axşam: Ayaq altları üçün yağ kompresi. Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici kremin və ya südün bədənə çəkilməsi.
6-cı gün:
Səhər: Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
Axşam: Zeytun yağıyla saçlar üçün bərpa maskası, saçların son yuyulması üçün zeytun yağıyla zənginləşdirilmiş şampun (istəyə görə). Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici kremin və ya südün bədənə çəkilməsi.
7-ci gün:
Səhər: Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici krem və ya südlə qarışdırılmış zeytun yağı duşdan sonra təmiz bədənə çəkilir.
Axşam: Ayaq altları üçün yağ kompresi (istəyə görə). Zeytun yağıyla zənginləşdirilmiş nəmləndirici kremin və ya südün bədənə çəkilməsi.
Kosmetik vasitələrin zənginləşdirilməsi
10 q nəmləndirici krem və ya 10 ml südə (istəyə görə 10 ml losyon da ola bilər) 10 damla zeytun yağı əlavə edin. Saçların tez qırılmasını (kövrəkliyini) aradan qaldırmaq üçün, onlara təbii parıltı vermək üçün 7-10 ml zeytun yağını 100 ml şampuna və ya balzama əlavə edin.
Saçlar üçün bərpa maskası
1 xörək qaşığı zeytun yağını 5-7 damla yasəmən və peyğəmbərçiçəyi (vasilik) efir yağlarının üzərinə əlavə edin. Alınmış tərkibi xüsusi diqqətlə gicgahlardan və alnınızdan başqa bütün baş dərinizə sürtün. Ən yaxşı effekti əldə etmək üçün başınızı polietilen nazik papaqla və dəsmalla bükün. Ən az 30 dəqiqə (1-2 saat daha yaxşı olar) saçlarda maskanı saxlayın, sonra yağı şampunla yuyun.
Üz üçün cavanlaşdıran maska
1-2 xörək qaşığı zeytun yağını 1-2 damla səndəl, portağal, çobanyastığı efir yağlarının üzərinə əlavə edin. Alınmış qarışığı 15-20 dəqiqədə üzə qalın qatla vurun. Sonra nəm tomponla silin.
Ayaq altları üçün yağ kompresi
Duşdan sonra ayaqların altlarını qızdırılmış zeytun yağıyla bol-bol silin. Ayağınıza pambıq corab geyinin, sellofanla bükün və üstündən yun corabları geyinin. Ən az 4 saat kompresi ayağınızda saxlayın (bunu ən yaxşısı gecə etməyiniz məsləhətdir).