Qadin.NET / Uçuq niyə olur?

Uçuq niyə olur?

Uçuq niyə olur?

Əksər vaxtlarda ağız bölgəsində hətta dodaq üzərində içi maye dolu halda meydana çıxan uçuqlar bir müddət sonra partlayaraq dodaqda yara əmələ gətirir. Adamı bir çox baxımdan narahat edən bu uçuqlar danışmağı, gülməyi, hətta yemək yeməyə də təsir edir. Görünüş baxımından da çox cansıxıcı bir vəziyyətdir.

Uçuq niyə olur?

Bəzi adamlarda uçuq heç çıxmazkən bəzilərində isə uçuq çıxması tez-tez təkrarlanan bir haldır. Uçuqlar el arasında deyildiyi kimi qorxudan yaranan bir vəziyyət deyildir. Uçuqlara səbəb olan ən önəmli faktor viruslardır. Uçuqlar çox vaxt soyuqlayanda, stress halında meydana çıxar. Bu halın səbəbi isə uşaqkən vücudunuza yoluxmuş olan uçuq virusunun bu kimi xəbərdarlıqlarla ortaya çıxmasıdır.

Uçuq niyə olur?

Uçuq virusundan tamamilə canınızı qurtara bilməzsiniz. Amma nizamlı olaraq baxımınıza diqqət edərkən bu halı ən az səviyyəyə endirə bilərsiniz. Uçuqlar yoluxucu olduğu üçün xüsusilə tüpürcək və yaxın təmas yolu ilə keçə bilir. Qarşı tərəfdəki adamda uçuq olmasa belə, uçuq virusu daşıya bilər. Bu da irəliliyən zamanlarda sizin daim uçuq problemi yaşamanıza səbəb olacaqdır. Buna görə kiçik uşaqlar öpülməməlidir, lazım gəlmədikcə yaxın təmas qurulmamalıdır.

Uçuq niyə olur?

Uçuq niyə olur?

Vücudun zəif anında yuxudan oyanan uçuğa təsir edən hallar: adət dövrü, ağır diabet, əməliyyat olmaq, həddən çox spirtli içki içmək, həddən çox A vitaminin qəbulu, infeksiyalar, Günəş altında çox qalmaq, hamiləlik, hormonal dəyişmələr, qan azlığı, stress, yuxusuzluq, virusun təsir etdiyi (uçuq çıxan) hissənin yaralanması, vücud müqavimətini azaldan qızdırmalı xəstəliklər, yaxşı qidalanmamaq, yorğunluq, yüksək hərarət, QİÇS (AİDS), ekzema, ciddi yanıqlar, orqan köçürülməsi müalicəsindəki dərmanlar uçuq yaranmasına səbəb ola bilər.

20 noyabr 2014
GO BACK