Qadin.NET / Sandra Bullock kimi yaşlanmağa qalib gəlin (2)

Sandra Bullock kimi yaşlanmağa qalib gəlin (2)

Sandra Bullock kimi yaşlanmağa qalib gəlin (2)

Sandra Bullockun ikinci həftə proqramında da az yenilik yoxdur. Biz keçən həftəki prosedurları bu həftə bir az çətinləşdirdik. 

Sandra Bullock hər zaman göz makiyajına çox vaxt sərf etmədiyi ilə fəxr edir. Ona yeganə lazım olan yüngül göz tuşudur ki, kipriklərinə vursun. Belə mükəmməl görünərkən başqa nəyəsə ehtiyac varmı?
Aktrisanın göz dərisi yaşına baxmayaraq əla vəziyyətdədir. Ulduz ən həssas bölgəsinə necə qayğı göstərdiyini heç vaxt gizlətmir. O, çox uzun illərdir ki, gözünün üstündəki dəri üçün "hemoroid" kremindən istifadə edir. O, bunu sadəcə göz üstü dəri üçün deyil, göz ətrafı qırışlar üçün də istifadə edir. Bunun sirri kremlərin tərkibində olan komponentlərdədir. Lakin biz bunu sizlərə etməyi tövsiyə etmirik. Çünki gözüstü dəri çox həssasdır və özünə qulluq tələb edir, bunu isə yalnız və yalnız onun üçün nəzərdə tutulmuş kremlər və müxtəlif gözəllik lasyonları ilə etmək mümkündür. 
Göz dərisini canlandıran və gözəl görünməsini təmin edən kremlər seçərkən tərkibində antioksidantlar (vitamin A, E, C) olmasına diqqət edin. Ev şəraitində göz dərisinə qulluğun ən sadə və ən effektiv yolu kompres və buz kubları ilə masajdır. Bu dəri tonunu yaxşılaşdırır, dəri elastikliyini bərpa edir və mikrosirkulyasiyanı yaxşılaşdırır. Dəriyə belə qayğılar göstərmək, əlbəttə, yaxşıdır. Lakin onları bir az da tamamlamaq lazımdır. 
Sandra Bullock kimi yaşlanmağa qalib gəlin (2)
İkinci həftə üçün üzə qulluq planı
Birinci gün
Səhər: Müxtəlif otların qarışığı ilə hazırlanmış buz kubları ilə göz ətrafı dəriyə masaj, SPF tərkibli nəmləndirici krem tətbiqi. 
Axşam: Üz və göz qapaqları üçün anti-aging məhsullarının tətbiqi, qidalandırıcı və ağardıcı kremli kök maskası.
İkinci gün
Səhər: Müxtəlif otların qarışığı ilə hazırlanmış buz kubları ilə göz ətrafı dəriyə masaj, SPF tərkibli nəmləndirici krem tətbiqi. 
Axşam: Üz və göz qapaqları dərisi üçün anti-aging məhsulların tətbiqi, yüngül piling.
Üçüncü gün
Səhər: Müxtəlif otların qarışığı ilə hazırlanmış buz kubları ilə göz ətrafı dəriyə masaj, SPF tərkibli nəmləndirici krem tətbiqi. 
Axşam: Üz və göz qapaqları dərisi üçün anti-aging məhsulların tətbiqi, çay ilə göz dərisi üçün kompres. 
Dördüncü gün
Səhər: Müxtəlif otların qarışığı ilə hazırlanmış buz kubları ilə göz ətrafı dəriyə masaj, SPF tərkibli nəmləndirici krem tətbiqi.
Axşam: Üz və göz qapaqları dərisi üçün anti-aging məhsulların tətbiqi, təbii tonlaşdırıcı olan alma və çuğundur maskası. 
Beşinci gün 
Səhər: Müxtəlif otların qarışığı ilə hazırlanmış buz kubları ilə göz ətrafı dəriyə masaj, SPF tərkibli nəmləndirici krem tətbiqi.
Axşam: Üz və göz qapaqları dərisi üçün anti-aging məhsulların tətbiqi.  
Altıncı gün
Səhər: Müxtəlif otların qarışığı ilə hazırlanmış buz kubları ilə göz ətrafı dəriyə masaj, SPF tərkibli nəmləndirici krem tətbiqi.
Axşam: Üz və göz qapaqları dərisi üçün anti-aging məhsulların tətbiqi, qidalandırıcı və ağardıcı kremli kök maskası. 
Yeddinci gün
Səhər: Müxtəlif otların qarışığı ilə hazırlanmış buz kubları ilə göz ətrafı dəriyə masaj, SPF tərkibli nəmləndirici krem tətbiqi.
Axşam: Üz və göz qapaqları dərisi üçün anti-aging məhsulların tətbiqi, yüngül piling, göz dərisi üçün qidalandırıcı yağ kompresi. 
Sandra Bullock kimi yaşlanmağa qalib gəlin (2)
Buz kubları
Onları sadəcə suyu dondurmaqla da düzəltmək olar. Lakin daha təsirli olmasını istəyirsinizsə, çobanyastığı və ya gülümbahar bitkisiylə düzəldə bilərsiniz. Şüşə dəm çaynikinə 1 stəkan qaynar su və quru xammaldan töküb dəmləyin. Sonra soyudun. Soyuyan dəmləməni formalı buz qablarına töküb buzluğa qoyun. Hazırladığınız buz kublarını bir həftədən çox istifadə etmək məsləhət görülmür. 
Çayla kompres
1,5 çay qaşığı qara çayı stəkana tökün və üzərinə qaynar su əlavə edin. Bir az dəmlənməsini gözləyin. Sonra pambıqdan xırda tamponlar düzəldin və həmin çaya hopdurun. Sonra sıxın (amma azca sulu qalsın) və gözlərinizi yumun. Həmin pambığı gözlərinizin üstünə qoyun. 15 dəqiqə saxlayın. Pambığı tez-tez islatmağı unutmayın.
Yağla kompres
Kompres üçün zeytun və soya yağlarından istifadə edə bilərsiniz. Pambıq tampona bitki yağını hopdurun və bağlı gözlərinizin üstünə qoyun və 15 dəqiqə saxlayın. Gözünüzün üstündə qalan yağı salfetlə silin. 
9 noyabr 2014
GO BACK