Qadin.NET / Sandra Bullock kimi yaşlanmağa qalib gəlin

Sandra Bullock kimi yaşlanmağa qalib gəlin

 Sandra Bullock kimi yaşlanmağa qalib gəlin

50 yaşlı Sandra Bullock möhtəşəm görünür: çox gözəl bədən quruluşu, onun yaşı üçün mükəmməl olan üz dərisi. Bəs yaxşı onun sirri nədir, görəsən? Məhşur aktrisa deyir ki, bunlara sahib olmaq olduqca asandır: daimi məşqlər, liflərlə zəngin pəhriz və təbii qayğı - alma dilimləri ilə masaj, flanel süngəri və heç bir plastik əməliyyat. Sınayaq? 

Gözəllik
Prinsiplər və qayğı planı: birinci həftə
50 yaşlı Sanra Ballocka baxanda istər-istəməz düşünürsən: bəlkə o əbədi gənclik eliksiri kəşf edib? Alma dilimlərini və flanel süngərini bəhanə edərək o, öz sirrini gizlədir? Əgər Sandra Bullocka inansaq, görərik ki, o, həqiqətən, də çiçəklənən görünüşünü məhz bunlara borcludur. 
Qar kimi ağ dərisi və istifadə etdiyi parlaq qırmızı ənliyi aktrisanın loru dildə desək, vizit kartıdır. Onun yaşıdı olan çox az insan belə gözəl və parlaq dərisiylə öyünə bilər. Məsələ yalnız burasındadır ki, o üzünü alma dilimləri və flanel süngəri ilə təmizləyir? 
Meyvə və tərəvəzlərin tərkibində olan zəngin vitaminlər və mikroelementlər dermatoloqların fikrincə, həqiqətən, dərinin vəziyyətini dəyişir. Amerikalı alimlər hətta dəriyə parlaqlıq verən meyvə və tərəvəzlərin siyahısını da tərtib ediblər. Ən üst təbəqəni A vitamini ilə zəngin olan balqabaq tutur, dəriyə parlaqlıq verir. Sonra çuğundur (dəriyə parlaqlıq verir və qan dövranını sürətləndirir), quşüzümü (iltihabı azaldır), nar (hamarlıq verir) və yerkökü (dərini ağardır). 
Lakin əfsuslar olsun ki, 45 yaşından sonra qadınlarda hormonal dəyişikliklər baş verir və bunun nəticəsində üzdə yaranan bəzi tünd rəngli ləkələr problemə çevrilir. Bəzi meyvə və tərəvəz maskaları da bu ləkələri aparmağa kifayət etmir. 

Sandra Bullock kimi yaşlanmağa qalib gəlin

1-ci həftə üçün üzə qulluq planı
1 gün:
Səhər: Dərinizə SPF tərkibli nəmləndirici krem tətbiq edin. 
Axşam: Qidalandırıcı və ağardıcı kremli kök maskası, anti-aging (yaşlanmaya qarşı krem) və bir az da ağardıcı serum. 
2 gün:
Səhər: Dərinizə SPF tərkibli nəmləndirici krem tətbiq edin. 
Axşam: Yüngül piling, anti-aging krem ​və ağardıcı serum.
3 gün:
Səhər: Dərinizə SPF tərkibli nəmləndirici krem tətbiq edin. 
Axşam: Anti-aging krem və ağardıcı serum.
4 gün:
Səhər: Dərinizə SPF tərkibli nəmləndirici krem tətbiq edin. 
Axşam: Təbii tonlaşdırıcı olan alma və çuğundur maskası, anti-aging krem ​və ağardıcı serum.
5 gün:
Səhər: Dərinizə SPF tərkibli nəmləndirici krem tətbiq edin. 
Axşam: Qidalandırıcı və ağardıcı kremli kök maskası, anti-aging (yaşlanmaya qarşı krem) və bir azda ağardıcı serum. 
6 gün:
Səhər: Dərinizə SPF tərkibli nəmləndirici krem tətbiq edin. 
Axşam: Anti-aging krem​ və ağardıcı serum.
7 gün:
Səhər: Dərinizə SPF tərkibli nəmləndirici krem tətbiq edin. 
Axşam: Təbii tonlaşdırıcı olan alma və çuğundur maskası, anti-aging krem ​və ağardıcı serum.
Sandra Bullock kimi yaşlanmağa qalib gəlin
Kök və kremli maska
1 xörək qaşığı təzə kök şirəsi, 1 xörək qaşığı kəsmik və adi üz kremi əlavə edib qarışdırın. Alınan maskanı göz ətrafınız xaric bütün üzünüzə tətbiq edin və 25-30 dəqiqə saxladıqdan sonra isti suyla yuyun. 
Yüngül piling
1 çay qaşığı şəkər tozunu zeytun (ərik və ya balqabaq da olar) yağıyla qarışdırın. Alınan maskanı göz ətrafınız xaric bütün üzünüzə masajla 2-3 dəqiqə tətbiq edin. Sonra isti suyla yavaş-yavaş massaj edərək yuyun.
Təbii tonlaşdırıcı alma və çuğundur maskası
1 xörək qaşığı çuğundur püresini 1 xörək qaşığı avakado püresi, 1 xörək qaşığı alma püresi və 1 yumurtanın sarısı ilə yaxşıca qarışdırın. Alınan maskanı göz ətrafınız xaric bütün üzünüzə tətbiq edin. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun. 
6 noyabr 2014
GO BACK