Qadin.NET / Üzdə mimik qırışları təmizləyən maskalar

Üzdə mimik qırışları təmizləyən maskalar

Üzdə mimik qırışları təmizləyən maskalar

Bu maska üzdə olan mimik qırışlara qarşı mübarizə aparmaq üçün istifadə oluna bilər. Bu maskalar hamarlayıcı təsirə malikdirlər.

Çiyələk və bal maskası

Təzə çiyələk meyvəsi

1 qaşıq zeytun yağı

1 çay qaşığı bal

1 çay qaşığı çobanyastığı həlimi

Yumşalmış çiyələk meyvəsini zeytun yağı, bal və çobanyastığı dəmlənməsilə qarışdırırıq. Maskanı üzə çəkin.  20 dəqiqədən sonra üzü ilıq süddə islanmış (bir az) pambıqla silin. Üzü soyuq su ilə yuyun.  

Üzdə mimik qırışları təmizləyən maskalar

Kəsmik və kök maskası

1 xörək qaşığı kəsmik

1 xörək qaşığı qatı təzə qaymaq

1 xörək qaşığı təzə kök şirəsi

Bütün ləvazimatlar qarışdırılır. Maskanı üzünüzə çəkin, yarım saat saxlayıb isti su ilə yuyun. Üzünüzə buz parçası sürtün. Ehmalca dəsmalla silin.

Üzdə mimik qırışları təmizləyən maskalar

Qreypfrut maskası

Gözəl cavanlaşdıran vasitədir. İstifadə edərkən mimik qırışların sayı xeyli azalır.

Qreypfrutun yarısı

1 çay qaşığı xama

1 çay qaşığı kök şirəsi

1 xörək qaşığı üyüdülmüş düyü

Qreypfrutun lətini oymaq, xama, kök şirəsi və üyüdülmüş düyünü əlavə etmək. Qarışığı üzdə 30 dəqiqə saxlamaq, sonra yumaq və yenidən təzə qreyprut şirəsi çəkmək, qruyana qədər saxlamaq lazımdır. Sonra isə qırışlara küncüt yağı sürtün. Bir saatdan sonra yağ qalıqlarını çıxarmaq lazımdır. 

24 oktyabr 2014
GO BACK