Dodaqlarımız da dərimiz kimi hava şəraitində ən çox təsirlənir. Soyuq havada quruyaraq çatlaqlar, yarıqlar, xətlər əmələ gəlir. Bu, görünüş olaraq bizi narahat edər və dodaqlarımız təbiiliyini itirər. Ağrısız və rahat gülə bilmək üçün yanımızda daim nəmləndirici gəzdirməyimiz lazımdır. Unudulmaması lazım olan bir həqiqət var ki, dodaqlarınızı daim nəmli saxlamaq üçün dilinizlə islatsanız, istədiyinizin əksinə daha çox quruyar. Nəmləndicilər də dodaqlarınıza eyni təsiri göstərə bilir. Bu səbəbdən ən təsirli üsul təbii yollarla dodaqlarınızı qorumaqdır. Sizlər üçün bir neçə təbii maskaları təqdim edirik.
Qreypfrut maskası
Evdə əldə edəcəyimiz 5-6 damla qreypfrut suyunun içinə bir çay qaşığı bal və bir çay qaşığı şəkər tozu əlavə edirik. Bu maskanı yaxşıca qarışdırdıqdan sonra əlimizlə dodaqlarımıza pilinq edərək yedirdirik. Yarım saat sonra dodaqlarınızı təmizləyə bilərsiniz.
Pomidor maskası
Pomidoru əzərək bir xörək qaşığı bal və bir xörək qaşığı qatıqla qarışdırırıq. Bu qarışığı dodaqlarımıza çəkib 15 dəqiqə gözləyirik, sonra isə ilıq su ilə yuyuruq.
Xiyar maskası
Xiyarı da pomidor kimi əzdikdən sonra qatıq və balla qarışdırırıq və dodaqlarımıza çəkirik. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyuruq.
Yumurta maskası
1 ədəd yumurta sarısına 5 q yulaf əlavə edərək qarışdırın və dodaqlarınıza sürtün. 15 dəqiqə sonra ilıq su ilə yuyun. Bu maska dodaqlarınızı ölü dərilərdən və çatlaqlardan xilas edəcəkdir.
Bu maskalar dodaqlarınızı nəmli saxlmaqla yanaşı çatlaq və qırışıqlardan da qoruyacaq.