Qadin.NET / Sızanaqların müalicəsi üçün

Sızanaqların müalicəsi üçün

Sızanaqların müalicəsi üçün

* Sızanaqların müalicəsi üçün 3 qaşıq balla 1 qaşıq darçını qarışdırın və yatmazdan əvvəl sızanaqların üzərinə sürtün. Səhər isə üzünüzü yuyun. Bunu 2 həftə mütəmadi olaraq etsəniz, sızanaq adlı bir probleminiz olmayacaq.

Sızanaqların müalicəsi üçün

* 1 qaşıq limon suyunu 1 qaşıq darçınla qarışdırın və sızanaq olan nahiyəyə çəkin. Quruduqdan sonra ilıq su ilə təmizləyin. Nəticəyə isə özünüz də inanmayacaqsınız.

* Portağal qabığını rəndələyin və onu yaxşıca əzərək krem halına gətirin, sızanaqlar olan nahiyəyə sürtün. Bir müddət keçdikdən sonra yuyun.

Sızanaqların müalicəsi üçün

* 1 diş sarımsağı iki yerə bölün və iç qismini sızanaqların üzərinə sürtün. Bunun mütəmadi olaraq edilməsi probleminizi ortadan qaldıracaq.

* Bir qədər limon suyu ilə gül suyunu qarışdırın və problemli bölgəyə sürtün. Yarım saat sonra ilıq su ilə yuyun. Bunu mütəmadi olaraq etsəniz, tez bir zamanda xeyrini görəcəksiniz.

Sızanaqların müalicəsi üçün
* Yetişmiş pomidoru püre halına gətirib sızanaq olan hissəyə sürtün və 1 saat sonra yuyun. Beləcə, sızanaqlarınız kiçiləcək və sızanaq yetişməsinin qarşısı alınacaq.

* 1 qaşıq sirkəyə 1 çimdik duz əlavə edib sızanaqların üzərinə sürtün. Yarım saat sonra ilıq su ilə yuyun.

Sızanaqların müalicəsi üçün

* Bir ədəd xiyarı rəndələyərək püre halına gətirin. Suyunu sıxdıqdan sonra dərinizə çəkin. Bu şəkildə sızanaqlarınız yox olacaq və dəriniz öz parıltısını geri qazanacaqdır. 

1 avqust 2014
GO BACK