Maskalar üzün gəncləşməsini, qan dövranını sürətləndirərək oksigenin üzdəki toxumalara daxil olmasını təmin edir. Demək olar ki, maskaların hamısında su nisbəti yüksəkdir. Maska üzə tətbiq edildiyi zaman suyun dərhal uçmasını, dərinin sərinləməsini, rahatlamasını və məsamələrin büzülməsini təmin edir.
Maska yuyulduqda isə qan damarları açılır, dəri daha da parıltılı və gözəl görünür. Genişlənən damarlar sayəsində alt dəriyə bol miqdarda qan getdiyi üçün dəri düzəlir, məsamələr bağlanır, dərinin görünüşündə diqqətə çarpan bir gözəlləşmə meydana gəlir. Parlaq və işıl-işıl bir dəri üçün bu 4 maskanı mütləq sınayın!
Canlandırıcı pilinq
Yarım stəkan qoz ləpəsi
1 çay qaşığı limon suyu
3 çay qaşığı süd
1 çay qaşığı bal
Qozu sürtgəcdən keçirin (məqsəd incə dənəciklər halına gətirməkdir). İçinə limon, süd və bal əlavə edin. Əldə edilən qarışığı yumşaq hərəkətlərlə dərinizə tətbiq edin. 5 dəqiqə gözlədildikdən sonra ilıq su ilə yaxalayın. Fərqi hiss edəcəksiniz.
Qara nöqtələr üçün maska
1 xörək qaşığı badam yağı
1,5 xörək qaşığı gil
1 xörək qaşığı bal
1 xörək qaşığı limon suyu
Bu vəsaitlərin hamsını bir qabda qarışdırıb dodaq və göz ətrafı xaric üzünüzə sürtün, 45 dəqiqə gözlədikdən sonra ilıq suyla yuyun.
Dəri təmizləyici tonik
1/4 stəkan cəfəri toxumu
1/4 stəkan itburnu
1,5 stəkan su
Vəsaitlər qaynar suda 20 dəqiqə dəmlənir. Soyuduqdan sonra tonik olaraq üzə tətbiq olur. Əldə edilən tonik soyuq yerdə və şüşə qabda 4 gün mühafizə edilə bilər.
Üz cavanlaşdırıcı və qoruyucu maska
2 xörək qaşığı balqabaq toxumu yağı
1 xörək qaşığı jojoba yağı
1 yumurta ağı
Bütün vəsaitlər birlikdə qarışdırılır. Təmiz dəriyə (göz ətrafı xaric olmaqla) tətbiq olunur və 15 dəqiqə gözlədildikdən sonra soyuğa yaxın ilıq su ilə yuyulur. Bu maska ​​həftədə bir gün tətbiq oluna bilər və ardından dəriyə mineral su ilə kompres edilməsi tövsiyə edilir.