Qadin.NET / Maskanızı özünüz hazırlayın

Maskanızı özünüz hazırlayın

Maskanızı özünüz hazırlayın

Yayda dərimizdə problemlər yaranır. Günəş dərimizə mənfi təsir göstərir və isti insanı passivləşdirir. Beləcə, insanın canı heç bir şey etmək istəmir.

Bəzən üzümüzə qısa bir müddətdə üzümüz tər ifraz edəcək deyə nəmləndirici də vurmuruq. Yaxşı ki, yayda dərimizin yağ ifrazatı təbii olaraq bir az artır. Digər tərəfdən, həftəsonu proqramlarının ardından qaçmaqdan dəriyə qulluq etdirmək üçün zamanımız qalmır.

Onsuz da gözəllik mərkəzləri havalar istiləndikdən sonra dəri yeniləmə müalicələrinə ara verirlər. Məlumdur ki, dəridəki ən kiçik bir qıcıqlanma günəşlə qarşılaşınca ləkələrə çevrilir.

Amma unutmamalıyıq ki, üzümüzün qeydinə qalmaq bizim dəyişilməz məşğuliyyətimiz olmalıdır və bununla yanaşı, mətbəxdə əlimizin altında olan qidalarla bunu rahatlıqla edə bilərik. 

Maskanızı özünüz hazırlayın

Sizə evdə çox asanlıqla hazırlaya biləcəyiniz təbii maska reseptləri təqdim edirik. Evinizdə olan təbii tərkibli məhsullar sizə çox köməkçi olacaq. Dərmanlar, kosmetik məhsullar və sağlamlıq üçün nə varsa, hamısının içində əslində təbii maddələr var. Alarkən təbiiliyə üstünlük verin.

Maskanı dərinizin vəziyyətinə görə həftədə 1 və ya 15 gündən bir tətbiq edə bilərsiniz. Dermatoloqlara görə, incə təbəqə halında çəkilən kremlərin əksinə, maskalar dərini az qala 3 mm ilə yarım santimetr qalınlığındakı təbəqə halında örtərək xarici amillərlə əlaqəsinin tamamilə kəsilməsini təmin edir. Beləcə, dəri maskadakı bütün vitamin və mineralları asanlıqla mənimsəyir.

Maskanızı özünüz hazırlayın

Maska çəkməyin incəlikləri

- Əvvəl dəri tipinizi seçin: Dərinizə uyğun meyvə və ya tərəvəzi seçin. Yarpaqlı tərəvəzləri qaynar suda 3 dəqiqə gözlədib süzün. Soyuyandan sonra dərinizin üzərinə yerləşdirin. Digər tərəvəzləri isə püre halına gətirin. Axmayacaq konsistensiyaya gəlibsə, demək, maskanız hazırdır.

- Maskanı sürtməzdən əvvəl dərinizi təmizləyin: Çünki çirkli dəri maskanı mənimsəyə bilməz. Bunun üçün bir parça pambığa təmizləmə südünü töküb əvvəl bütün dərinizi təmizləyin, sonra ilıq suyla yuyub dəsmal ilə tampon edərək qurulayın.

- Maskanı göz və dodaq ətrafı bütün üzünüzə tətbiq edin: Üzünüzə maska çəkdikdən sonra uzannın və dincəlin. Beyninizi boşaldın və bu dəqiqələrin dadını çıxartmağa çalışın. Çünki bu mövqe bədənin boşalmasına gətirib çıxararaq həm maskanın axmamasını, həm də dərinin maskanı daha asan mənimsəməsini təmin edir.

- Maskanı təmizləmək üçün ilıq suya batırılmış pambıqla dərinizi silib yuyun və dəsmal ilə tampon edərək qurulayın.

6 iyun 2014
GO BACK