Qadin.NET / Üz üçün məşqlər

Üz üçün məşqlər

Təkcə qol, ayaq və sinə əzələlərini məşq etdirmək düzgün deyil. Yanaqların və alnın da məşqi ilə məşğul olmaq gərəkdir. Üzümüzdə vaxtından əvvəl qırışların əmələ gəlməsini istəmədiyimiz üçün müxtrəlif kremlərdən və gözəllik salonunun xidmətlərindən istifadə edirik. Üzün cavan qalmasından ötrü qida və normal yuxu balansı vacib şərtdir. Əzələləri gücləndirmək üçün bir sıra üz məşqləri də mövcuddur ki, gündəlik sağlam yaşamımıza əlavə olunarsa, daha gözəl nəticələr əldə etmək olar.

1. Təəccüb və qaşların çatılması

 Qaşlarınızı mümkün olduğu qədər yuxarı qaldırın, bir neçə saniyə bu vəziyyətdə saxlayın. Sonra qaşlarınızı çatın. Bu məşqlər gözün kənarlarında "qaz ayağı" kimi tanınan  və alında qırışların yaranmasının qarşısını alır.

Üz üçün məşqlər

2. Şar

 Ağzınızı hava ilə doldurun və bir neçə saniyə saxlayın. Bu məşq üzün dərisi və əzələləri üçün çox faydalıdır.

Üz üçün məşqlər

3. Burunun basılması

 Şəhadət barmağını burnun altına dirəyib onu nisbətən yuxarı qaldırıb yerinə salırıq. Bu hərəkətlər burnun ucunu və əzələlərini möhkəmləndirir. Hərəkəti edən zaman üst dodağı da  barmaqla aşağı basmaq olar.

Üz üçün məşqlər

4. Uzun boyun

Yuxarı baxaraq boyun uzadılır, alt dodaq üst dodağın üzərinə qoyulur. Bu hərəkət boyun və çiyin əzələləri üçün faydalıdır. 

Üz üçün məşqlər

5. Alını ovuşdurmaq

Ovuc alını yuxarısına saçların çıxdığı xəttə yaxın qoyulur. Alın dərisi yuxarı və aşağı hərəkət etdirilir. Növbəti dəfə alın yuxarı qaldırılır, qaşlar çatılır, gözlər yumulur, alının dərisi əllə bərk sıxılaraq aşağı dartılır. Nəhayət, alın dərisi hamarlaşdırılır. Bununla da alın dərisi möhkəmləndirilir və vaxtsız xətlərin yaranmasının qarşısı alınır. 

Üz üçün məşqlər

Özünüz tez-tez yadınıza salın ki, alını qırışdırmaq olmaz!

11 may 2014
GO BACK