Qadin.NET / Üz dərisini qorumağın 5 üsulu

Üz dərisini qorumağın 5 üsulu

 Qeyd olunanlara əməl olunarsa, onlar sizin üzünüzün daim təravətli görünməsini təmin edəcək, qırışların yaranmasının da qarşısını alacaq! 

Üz dərisini qorumağın 5 üsulu

1. Zeytun yağı

Üz dərisini ən gözəl yumşaldan vasitədir. Amerikan kosmetoloqu Perrikon iddia edir ki, qədim romalılar zeytun yağından masajlar zamanı istifadə etmişlər. Nəticədə möhkəm əzələlərə və sağlam, elastik dəriyə nail olmuşlar.

Əgər dodaqlarınızın quruluğundan əziyyət çəkirsinizsə, zeytun yağını dodağınıza  sürtərək onun nəmləndirə bilərsiniz. Həmçinin onu dirsəklərinizə və dabanınıza da çəkə bilərsiniz. 

Üz dərisini qorumağın 5 üsulu

2. Yaşıl çay

Təkcə sakitləşdirici vasitə olmayıb, yüksək dərəcədə antioksidantlarla zəngin bir içkidir. Maraqlı tərəfi budur ki, Alabama universitetinin araşdırmalarına görə, gündə bir fincan yaşıl çay içmək dəri xərçəngi riskini dəfələrlə azaldır. Onun tərkibindəki antioksidantların miqdarı qəvhə içkisindən və sitrus meyvələri şirəsindən daha yüksəkdir. 

Dəmlənmiş paket yaşıl çayını soyuducuda dondurduqdan sonra 10 dəqiqə gözün üstündə saxlamaqla  oradakı yorğunluğu götürmək mümkündür.

3. Balqabaq

 Dəri tonusunu artıran bir qida növüdür. A,C,E vitaminləri ilə zəngindir. Bundan başqa güclü ferment tərkibinə malikdir ki, onlar da dərinin təmizlənməsində böyük rol oynayırlar.

20 q para verilmiş balqabaq, 2x/q bal və 2x/q az yağlı qatıq qarışdırılaraq üzdə 10-15 dəqiqə saxlanılır. Bu maska üz dərisini nəmləndirir və ona yumuşaqlıq verir. 

Üz dərisini qorumağın 5 üsulu

4. Nar

Yaşıl çayı belə tərkibindəki antioksidantların səviyyəsinə görə geridə qoyan bir meyvədir. Yarma və nardan hazırlanmış skrab maskanı ayda 2 dəfə üzə çəkməklə dərini ölü hüceyrələrdən təmizləmək mümkündür. 

Üz dərisini qorumağın 5 üsulu

5. Çiyələk

Yay meyvələri içində öz mövsümünə görə ən faydalısı çiyələk sayılır. Əlbəttə ki, əgər ona qarşı allergiyanız yoxdursa!

Çiyələyin tərkibində qreyfurt və portağaldan daha çox yaşlanmaya qarşı maddələr və vitaminlər vardır. Tədqiqatlar nəticəsində məlum olub ki, C vitaminini daha çox qəbul edən insanların üzündə qırışların sayı az olur, həm də onlar quruluqdan əziyyət çəkmirlər. Hamar və yumşaq üzə sahib olmaq üçün hətfədə 1 dəfə üzünüzə çiyələk maskası sürtün və gündəlik qida rasionunuzda C vitaminli qidaların sayını artırın. 

Blenderdə dondurulmuş və ya təzə çiyələyi əzərək üzərinə qatıq əlavə edin və bal qataraq qarışdırın. Üz və boyun nahiyəsinə sürtərək 10 dəqiqə saxladıqdan sonra iliq su illə yaxşıca yuyun!

Unutmayın sağlamlığımız və gözəlliyimiz öz əllərimizdədir!

10 may 2014
GO BACK