Qadin.NET / Nəmləndirici maskalar hazırlayaq

Nəmləndirici maskalar hazırlayaq

Nəmləndirici maskalar hazırlayaq

Nəmləndirici maskalar dərini təmizləyər və nəmləndirər. Üzə canlılıq, yumşaqlıq və parlaqlıq qazandırır. Bu maskalar həftədə 1-2 dəfə edilməlidir.

Aşağıdakı maskaları hər birini ev şəraitində rahatlıqla edə bilərsiniz.

*1 ç.q yaş maya və qatığı bir-birinə yaxşı qarışdırın. Sonra üzünüzə sürtün və 20 dəqiqə üzünüzdə saxlayın. Sonra üzünüzü ilıq su ilə durulayın və qurulayın.

Nəmləndirici maskalar hazırlayaq

* 1 yumurta sarısı ilə 1 qaşıq südü qarışdırın. Qarışımı üzünüzə sürtdükdən sonra incə bir bezlə maskanın üstünü örtün. 15 dəqiqə bu formada gözləyin. Sonra salfet ilə maskanı təmizləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Bu maska quru və nəmsiz dərilərə çox yaxşı təsir göstərir.

***

* 1 ədəd armudu yuduqdan sonra blenderə qoyun və suyunu çıxardın. Üzərinə 1 ç.q qatıq və 1 ç.q yulafı əlavə edərək yaxşıca qarışdırın. Qarışımı üzünüzə sürtün. Quruduqdan sonra maskanı masaj edərək çıxardın və üzünüzü ilıq su ilə durulayın. Bu maska üzünüzdəki toksinləri təmizləyib, sağlam və təzə dəriyə sahib olmağınıza kömək edəcəkdir.

* 1 ədəd portağalın qabını soyaraq blenderə qoyub suyunu çıxardın. Üzərinə 1 ç.q qatıq və 1 ç.q yulafı əlavə edərək yaxşıca qarışdırın və üzünüzə sürtün. Maska quruduqdan sonra onu masaj edərək su ilə üzünüzü durulayın. Bu maskayla sizin üzünüzün rəngi açılacaq və dərinizi nəmləndirəcək.

19 mart 2016
GO BACK