Qadin.NET / Karbon pilinqi

Karbon pilinqi

Dərinizdəki ləkələrdən xilas olmaq istəyirsiniz, ancaq soyma əməliyyatından qorxursunuz? O zaman dərinizi hər hansı bir soyma əməliyyatına məruz qoymadan yüksək tezlikli lazer dalğaları ilə sinxron edilən karbon pilinq üsuluyla tanış olmağın zamanı çatıb. Qısa zamanda əyrilikləri aradan qaldıraraq işıltılı bir dəriyə qovuşmağınızı təmin edəcək üsul haqqında bilməyiniz lazım olanlarla tanış olaq.
Karbon pilinqi nədir?
Karbon pilinqində lazerdən istifadə edilir. Hər nə qədər "pilinq" sözü ağla soyma əməliyyatını gətirsə də, bu əməliyyatda qətiyyən soyma yoxdur. Karbon pilinqi ilə dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı və dəri sallanmaları aradan götürülür. Ağrısız və iynəsiz olması ilə də bir çox qadının seçdiyi bir üsul halına gəlmişdir.
Karbon pilinqi necə tətbiq olunur?
İlk mərhələdə dəri bir karbon kremlə örtülür. Bu krem ​​lazım olan enerjinin dəridə ən yüksək səviyyədə əmələ gəlməsini təmin edir. Xüsusi hazırlanmış krem lazer atışları verildiyi zaman temperaturun birdən yüksələrək səthdəki dəri təbəqəsinin karbonla birlikdə tez buxarlanmasını və qalxmasını təmin edir. Eyni zamanda lazerin, hüceyrə yenilənməsini təmin edən foto aktivləşmə təsirini reallaşdırır. Bu təsir hüceyrələrdə kollagen istehsalını yaradır və elastiklik qazandırır. 15 dəqiqə davam edən tətbiq gündəlik həyatı təsir edəcək heç bir iz qoymır.
Gözlənilən nəticələr nələrdir?
Müalicədən dərhal sonra dərinin hamarlığı və parlaqlığı təmin edilir. Ləkələr açılır, açılmış məsamələrdə dərhal daralma müşahidə edilir. Daha uzun zamanda isə ləkələrin açılmağa davam etməsi, dərinin tarımlaşmasının artması, kollagen istehsalındakı artıma bağlı olaraq dəridə elastiklik, yığılma kimi təsir görülür.
Karbon pilinqi üçün nələrə diqqət edilməlidir?
Karbon pilinqi hər mövsümdə və tünd dərilərdə tətbiq olunan, etibarlı, sürətli, tez nəticə verən bir üsuldur. Əməliyyat nəticəsində yanıq, qızartı və qabıqlanma əmələ gəlmir. Bir çox pilinq üsulundan fərqli olaraq, karbon pilinqi yazda rahatlıqla tətbiq oluna bilər. Əgər yaz mövsümündə karbon pilinqi etdirəcəksinizsə, tədbir olaraq o gün günəşlənməməyiniz məsləhətdir. Həm də yüksək faktorlu günəş qoruyuculardan istifadə edilməlidir.
İstənilən nəticəyə neçə seansda çata bilərik?
Karbon pilinqi ilk seansda nəticə verməsi ilə yanaşı, qalıcı və uzun davamlı təsir üçün ortalama 1-2 həftə aralıqlarla, ən çox 10 seans şəklində edilir. Müalicə dəridəki yağ tarazlığını təmin edər və xüsusilə akne müalicəsində müvəffəqiyyətli olar. Hormonal təsirlərə bağlı ləkələnmələrdə isə bir az daha uzun müddət, orta hesabla 10 seansla yaxşı nəticələr alınır. Bu müalicədən sonra 1-1,5 il daha bir tətbiqə ehtiyac duyulmur.
Karbon pilinqin yan təsirləri nələrdir?
İlk tətbiqdə dərinin yüngülcə qızarmasından başqa heç bir yan təsiri yoxdur.
Digər dəri müalicələri zamanı istifadəsi mümkündürmü?
Karbon pilinqi digər bütün dəri müalicələrindən sonra istifadə edilə bilər. Xüsusilə civzələrin müalicəsindən və ya lazerlə dərini gəncləşdirmək əməliyyatlarından sonra ediləndə çox gözəl nəticələr verir.
2 aprel 2016
GO BACK