Qadin.NET / Dəriniz yaz meyvələri ilə yenilənsin

Dəriniz yaz meyvələri ilə yenilənsin

 

Dəriniz yaz meyvələri ilə yenilənsin

 

Dəriniz yaz meyvələri ilə yenilənə bilər. "Ən qiymətli geyimimiz dərimizdir" şüarı ilə yola çıxan qadınlar üçün ən çətini də dərilərinin hər mövsümdə ayrı bir zərər görməsi səbəbiylə müxtəlif üsulları sınamaqdır. Kosmetik məhsullar, günəş kremləri, nəmləndirici kremlər, üz yumaq üçün gellər, köpüklər kimi minlərlə məhsul dərimizə dəyir. Hamısının dərimizə faydalı olduğu bilinir, amma unutmamalıyıq ki, kimyəvi olan bu məhsulların faydası olduğu kimi zərərləri də vardır. Qış aylarında qurumaq üzrə olan, çatlayan dərimiz yaz aylarında günəşin izlərini - ləkələrini daşıyır. Kosmetik məhsullardan nə qədər az istifadə etsək, dərimizi və sağlamlığımızı daha çox qorumuş olacağıq. Mütəxəssislər dərinin gözəlliyi üçün təbii məhsullar və təbii maskalardan istifadə etməyin daha faydalı olacağını bildirirlər. Budur, sizə yaz aylarında təbii yetişmiş yaz meyvələri ilə dərinizi qorumağa köməkçi olacaq dəri maskaları...
Yaz meyvələri ilə dəri baxımının sirləri!
Çiyələk maskası:
Dərinizi canlandıran çiyələk eyni zamanda pilinq təsirinə də malikdir. Yaz aylarında hər evin mətbəxinə daxil olan çiyələkdən 4-5 ədəd ayırın və bu çiyələkləri əzərək püre halına gətirin. Püre halına gətirdiyiniz çiyələyə dərinizə istifadə etdiyiniz nəmləndirici kremdən bir yemək qaşığı əlavə edib yaxşıca qarışdırın. Əldə etdiyiniz bu qarışığı ən az on dəqiqə üzünüzdə saxlayın. Soyuq su ilə yuyun. Tonik təsiri ilə dərinizi dartan çiyələk maskası xüsusilə quru dərilər üçün məsləhətdir. 2 ayda bir dəfə tətbiq etmək kifayət olacaq.
Dəriniz yaz meyvələri ilə yenilənsin

Banan maskası:
Tərkibi baxımından zəngin və bəsləyici olan banan dəriniz üçün də olduqca faydalı bir meyvədir. Xüsusilə quru və solğun dəriləri təkrar yeniləmə xüsusiyyətinə sahib olan banan dərinizin nəfəs almasını da asanlaşdıracaq. Yarım bananı əzərək içinə bir yemək qaşığı nəmləndirici əlavə edin və yaxşıca qarışdıraraq püre halına gətirin. Bu qarışığı nazik bir təbəqə halında üzünüzə sürtün və ən azı 20 dəqiqə dərinizdə saxlayın. Soyuq su ilə yuyun. Çiyələk maskasının əksinə, banan maskasını həftədə bir dəfə mütləq tətbiq edin.
Üzüm maskası:
Xüsusilə qarışıq dərilər üçün tövsiyə edilən üzüm maskası üzün müəyyən bölgələrində yaranan, xüsusən də burun kənarları, çənə və alın bölgələri üçün tövsiyə edilir. 2 yemək qaşığı qədər üzüm suyu əldə etmək üçün müəyyən miqdarda üzümün suyunu sıxın, sıxdığınız suya bir yemək qaşığı nəmləndirici əlavə edərək qarışdırın. Əldə etdiyiniz qarışığı üzünüzə incə bir təbəqə halında çəkdikdən sonra təxminən 15 dəqiqə qədər gözləyin və bol su ilə yuyun. Üzünüzün canlandığını və parıldadığını görəcəksiniz.
1 aprel 2016
GO BACK