Qadin.NET / Hər dəriyə uyğun təbii maskalar

Hər dəriyə uyğun təbii maskalar

Hər dəriyə uyğun təbii maskalar

Dərinizə uyğun maska axtarırsınız? Bu maskalar sizin üçündür...

Canlandırıcı çiyələk maskası

2 ədəd iri çiyələyi əzərək bir xörək qaşığı nəmləndiriciylə qarışdırılaraq bütün üzə nazik şəkildə çəkilir. 5 dəqiqə sonra ilıq su ilə yuyulur. Bu maska dərini canlandıraraq onu nəmləndirir və qurumağa qoymur.

Quru dəri üçün banan maskası

Ləkəsiz və tam yetişmiş bananın yarısı əzilir, 2 xörək qaşığı nəmləndirici kremlə qarışdırılıb üzə çəkilir. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Maskanı həftədə 2 dəfə etmək yetərlidir. 

Hər dəriyə uyğun təbii maskalar

Qarışıq dəri üçün alma maskası

1 ədəd almanın içini qaşığla ovub yaxşıca əzdikdən sonra 2 çay qaşığı nəmləndici kremlə qarışdırılır. Üzə çəkilərək 5 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyulur.

Yorğun dəri üçün üzüm maskası

10-15 ədəd üzüm giləsi ətçəkən maşından çəkilir, göz çevrəsindən başqa bütün üzə çəkilir. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. 

Hər dəriyə uyğun təbii maskalar

Cansız dəri üçün xiyar maskası

Dəriyə canlılıq və parlaqlıq verməsiylə tanınan xiyar maskası həm də genişlənmiş məsamələri yığır. 1 ədəd xiyar sürtkəcdən keçirilərək suyu süzülür, sonra 1 yemək qaşığı qatıqla qarışdırılıb göz çevrəsindən başqa bütün üzə çəkilir.

Rahatlaşdıran nanə maskası

1 budaq nanə 3 xörək qaşığı suda 10-15 dəqiqə qaynadılaraq soyudulur, 1 xörək qaşığa yaxını üzün hər yerinə çəkilir. Sərinlədici və sakitləşdirici effekti ilə dəriniz çox rahatlaşacaq. 

Hər dəriyə uyğun təbii maskalar

Solğun dəri üçün yumurta maskası

Yumurtanın sarısı cox qidalandırıcı olduğu üçün, əsasən solğun və qarışıq dəriləri canlandırmaq üçün idealdır. Təzə yumurtanın sarısını 2 qəhvə qaşığı nəmləndirici kremlə qarışdırıb qalın şəkildə üzə çəkilir. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Maskanı həftədə 2 dəfə istifadə etmək məsləhətdir.

Civzələr üçün limon maskası

Limonun tərkibindəki turşu civzələrin bir nömrəli düşmənidir. Yarım limon suyu 1 yemək qaşığı kirşanla qarışdırılaraq civzələr olan nahiyələrə çəkilir. Yaxşıca quruduqdan sonra bol su ilə yuyulur. 

Hər dəriyə uyğun təbii maskalar

Çox quru dəri üçün bal maskası

Yarım qəhvə fincanı bal göz çevrəsindən başqa bütün üzə və boyuna çəkilir. 10-15 dəqiqə sonra soyuq su ilə yuyulur və nəmləndirici krem çəkilir.

Şışkin üz üçün buz maskası

Səhər yuxudan duranda üzünüz və göz qapaqlarınız şişkin olursa, bu maskanı yoxlaya bilərsiniz. Öncə üzünüzə bolluca nəmləndirici çəkin. Sonra buzxanadan çıxardığınız buzu dairəvi şəkildə üzünüzdə gəzdirin.

3 mart 2014
GO BACK