Qadin.NET / Sağlam dəri üçün meyvə maskaları

Sağlam dəri üçün meyvə maskaları

Sağlam dəri üçün meyvə maskaları

Banan maskası

Banan maskası üzünüzü parladır və təmizləyir. Bu təbii maska ​​üçün lazım  olanlar: yarım banan, 2 xörək qaşığı qatıq və 1 xörək qaşığı bal. Balın antiseptik təsiri dərinizi mikroblara qarşı qoruyur. Qatıqdakı laktik turşu dərinizi bəsləyərkən, banan üzü yumşaldır və hamarlaşdırır. Qarışığı hazırlamaq üçün bananın üzərinə qatığı və balı əlavə edin. Banan püre konsistensiyasına gələnə qədər qarışığı çəngəllə əzin. Əlinizlə maskanı üzünüzün hər yerinə bərabər şəkildə yayın. Göz ətrafına dəyməməsinə diqqət edin. Maskanı 15-20 dəqiqə üzünüzdə saxlayın. Daha sonra üzünüzü yuyun. Bu maskanı həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Sağlam dəri üçün meyvə maskaları

Yaşıl alma maskası

Yaşıl alma A, B və C vitaminləri ilə zəngindir. Bal dərini yumşaldır, mikroblara qarşı qoruyur və qırışlara yaxşı təsir edir. Qatıq isə dərinizi təmizləyər. Bu sağlam maskanı etmək üçün 1 yaşıl almanın qabığını soyun və almanı blenderdə püre halına gətirin.  Üzərinə 2 çay qaşığı bal və bir xörək qaşığı qatıq əlavə edib qarışdırın. Qarışığı dərinizə sürtün, sonra dərinizi masaj edin. Masajı bitirib, qarışığı 15 dəqiqə dərinizdə saxlayın. İsti suda isladılmış parçayla dərinizi təmizləyin.

Sağlam dəri üçün meyvə maskaları

Çiyələk maskası

Çiyələkdəki  C vitamini dərinin təzələnməsini təmin edir.  Eyni zamanda çiyələk dərini günəşin zərərli şüalarına qarşı qoruyan antioksidanla zəngindir. Beləcə, dərinin yaşlanmasını gecikdirir. Bu maska ​​üçün bir ovuc çiyələk və yarım yaşıl xiyar lazım olacaq. Xiyarı soyun və çiyələyin yaşıl yarpaqlarını çıxardın. Həm xiyarı, həm də çiyələkləri kiçik ölçüdə doğrayıb blenderdə qarışdırın. Qarışıq məcun konsistensiyasına gələnə qədər qarışdırmağa davam edin. Qarışıq çox sulu olursa, suyun bir qisimini süzə bilərsiniz. Maskanı dərinizə çəkib gözləyin. Göz ətrafınıza dəyməməsinə diqqət etməlisiniz. 15 dəqiqə sonra dərinizi təmizləyin.

Sağlam dəri üçün meyvə maskaları
25 fevral 2014
GO BACK