Yaşlanmaya qarşı zoğal maskası:
Dərinin gənclik iksiri bu maskadadır! Antioksidan baxımından olduqca zəngin bir meyvə olan zoğal qırışlara və incə xətlərin əmələ gəlməsinə qarşı təsirlidir. Dərinizi nəmləndirəcək və qırışmasına mane olan maskanı sizə təqdim edirəm.
Zoğallı üz maskasının vəsaitləri:
1 kiçik kasa təzə zoğal
1 kiçik kasa çəyirdəksiz qırmızı üzüm
2 yemək qaşığı qreypfrut suyu
1 ədəd yarpaq jelatin
Hazırlanması:
Zoğal və üzümləri yuyun. Yuduğunuz meyvələri blenderdən keçirin, 2 yemək qaşığı qreypfrut suyunu və jelatini qarışığa əlavə edin. Qarışıq yaxşı hamar olana kimi blenderdən keçirməyə davam edin. Qalınlaşan qarışığı bir kasaya əlavə edin və 45 dəqiqə soyuducuda saxlayın. Sonra maskanı soyuducudan çıxarın və otaq istiliyində 10 dəqiqə daha saxlayın. Otaq istiliyində saxladığınız maskanızı təmizlənmiş üzünüzə sürtün və üzünüzdə 15 dəqiqə saxlayın. Üzünüzü ilıq su ilə təmizləyin. Üzünüzü quruladıqdan sonra dərinizə uyğun bir nəmləndirici sürtün.
Badam südünü özünüz hazırlayın.
Vəsaitləri:
1 ovuc dolusu badam
1 çay qaşığı toz şəkər
Gül suyu.
Hazırlanması:
Badamı üyüdüb un halına gətirin. Toz şəkər və ala bildiyi qədər gül suyunu əlavə edib 2 gün saxlayın. Sonra çalxalayıb dərinizi silin.
Uçuqlar üçün təbii vasitə
Suna Dumankayadan uçuqlara qarşı olan təbii vasitəylə tanış olun.
Əvvəlcə həkiminizin tövsiyyələrinə riayət etməyə davam edin. Təzə şüyüdü döyün. Suyunun üzərinə zəy tozunu səpin. Bu qarışığı 7 gün boyun uçuqlarına sürtün. Stressdən uzaq dayanmağa da diqqət göstərin.