Nəmləndirici maska
Vəsaitlər:
1 yumurtanın sarısı
2 çay qaşığı bal
2 yemək qaşığı yer fındığı yağı
5 damcı limon suyu
Bütün vəsaitləri qarışdırıb üzünüzə sürtün, 20 dəqiqə gözlədikdən sonra yuyun.
Geniş məsamələri daraldan maska
Qara nöqtələrin əmələ gəlməsinə mane olur və dərini təzələyir.
Vəsaitlər:
10 damcı limon suyu
3 yemək qaşığı spirtli tonik
Badam əzməsi
Bütün vəsaitləri püre halına gətirin. Daha sonra boyun kənarda qalacaq şəkildə üzünüzə sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun.
Yağlı və sızanaqlı dəri üçün
Dəridəki yağ nisbətini tarazlayır və sızanaqları azaldır.
Vəsaitlər:
3 yemək qaşığı kətan toxumu
1 yemək qaşığı gil
Çobanyastığı çayı
Hamısını püre halına gətirin, 15-20 dəqiqə ərzində dərinizdə saxlayın və su ilə durulayın.
Quru dərilər üçün maska
Soyuq havalarda quruyan dəriləri nəmləndirir.
Vəsaitlər:
Yarım avokado
1 yumurtanın sarısı
15 damcı limon suyu
Bütün vəsaitləri qarışdırın. 20 dəqiqə üzünüzdə saxlayın və ilıq su ilə yaxalayın.
Yağlı dərilər üçün maska
Dərinizin parlamasının qarşısını alır və yağ nisbətini azaldır.
Vəsaitlər:
1 ədəd yumurta
1 yemək qaşığı qatıq
Badam əzməsi
Yumurtanın ağını köpüklənənə qədər çırpın. Yumurta sarısı ilə badam əzməsini qarışdırın. Göz ətrafına dəyməyəcək şəkildə üzünüzə sürtün. 15 dəqiqə gözləyin və durulayın.
Həssas dərilər üçün maska
Soyuqdan qızaran dərinin həssaslığını önləyir və baxımlı edir.
Vəsaitlər:
1 ədəd banan
1 yemək qaşığı qatıq
1 yemək qaşığı qaymaq
1 çay qaşığı bal
Bananı çəngəllə əzib püre halına gətirin. Daha sonra üzərinə qatıq, bal və qaymağı əlavə edərək qarışdırın. 20 dəqiqə üzünüzdə saxlayın və su ilə durulayın.
Qara nöqtələrin yaranmasına mane olan maska
Məsamələrin daralmasına kömək edir.
Vəsaitlər:
10 damcı limon suyu
3 yemək qaşığı tonik
2 yemək qaşığı badam əzməsi
Bütün vəsaitləri qarışdırın və 15 dəqiqə ərzində üzünüzdə saxlayın. 15 dəqiqə sonra soyuq suyla yuyun.
Gül suyu ilə qulluq
Dərinizi təzələyir və rahatlıq verir.
Vəsaitlər:
2 yemək qaşığı un
2 yemək qaşığı qatıq
Gül suyu
Bütün vəsaitləri püre halına gələnə qədər qarışdırın. Daha sonra üzünüzə çəkin və 15 dəqiqə sonra ilıq su ilə yaxalayın.
Yetkin dəri üçün armud maskası
Qırışları önləyər və dərinin sağlamlıqla işıldamasını təmin edər.
Vəsaitlər:
2 ədəd armud
1 şirin qaşığı bal
Bütün vəsaitləri qarışdırın, 15 dəqiqə üzünüzdə saxlayın daha sonra yaxalayın.
Xiyar maskası
Dərini sakitləşdirir və qidalandırır.
Vəsaitlər:
1 yumurta ağı
Yarım fincan xiyar suyu
1 çay qaşığı qaymaq
Yumurta ağını köpük halına gələnə qədər çırpın. Qaymağı və xiyar suyunu əlavə edin. Daha sonra 15 dəqiqə ərzində üzünüzdə saxlayın və yaxalayın.
Maya maskası
Dəriyə çəhrayılıq verər və qan dövranını sürətləndirər.
Vəsaitlər:
1-2 yemək qaşığı xəmir mayası
2 yemək qaşığı süd
1 çay qaşığı bal
Püre halına gələnə qədər vəsaitləri qarışdırın. Üzünüzə sürtün və 10 dəqiqə gözləyin. Daha sonra yaxalayın. Bu maskadan sonra nəmləndirici istifadə etmək şərtdir.
Normal dəri üçün maska
Dərini qidalandırır, canlılıq verir və nəmləndirir.
Vəsaitlər:
1 ədəd yumurtanın sarısı
1 çay qaşığı bal
1 yemək qaşığı zeytun yağı
1 çay qaşığı qaymaq
10 damla portağal suyu
Şabalıd unu
Bütün vəsaitləri qarışdırın və 20 dəqiqə üzünüzdə saxlayın. Daha sonra ilıq su ilə yaxalayın.
Nəmləndirən qış maskası
Dərini nəmləndirir və qidalandırır.
Vəsaitlər:
3 yemək qaşığı zeytun yağı
1 ədəd yumurtanın sarısı
10 damcı limon suyu
Bütün vəsaitləri qarışdırın. Krem halına gəldiyində üzünüzə çəkin. 25 dəqiqə gözlədikdən sonra su ilə yuyun.