Qadin.NET / Dəri ləkələri üçün maskalar

Dəri ləkələri üçün maskalar

Dəri ləkələri üçün maskalar

Dəri ləkələri bir çox insanlarda görülə bilən bir dəri problemidir. Dəri ləkələri deyərkən ilk növbədə sızanaq, qəhvə rəngi və qara ləkələr, çillər və doğumdan sonra qalan ləkələr nəzərdə tutulur. Dəriyə maska tətbiq edərək  ləkə rəngini soldura, hətta sağalda bilərsiz. Günəş şuasına  birbaşa məruz qalan bir dəridə iltihaplı sızanaqların, bəzi şəxslərdə isə ləkələrin əmələ gəlməsinə səbəb olur. Bəzi dəri ləkələri zərərsiz və zərərli ola bilər. Gözəl üz dərisinə sahib olmaq üçün bu maskalardan istifadə etməyiniz məsləhətdir. Çünki nəticədə gözəl və baxımlı dəriniz olacaq.

Dəri ləkələrinə qarşı limon maskası:

1 x/q bal

2 x\q qatıq

1 ç/q limon suyu     

Bütün bunları  yaxşı qarışdırın. Ləkə olan bölgəyə çəkib, dəriyə yeridin. 10-15 dəqiqə gözlədib ilıq su ilə yuyun.

Dəri ləkələri üçün maskalar

Çil ləkəsinə qarşı maska:   

  1 x/q alma sirkəsi

2 x/q ilıq yaşıl çay

4 x/q şəkər tozu

1 x/q bal

Hər birini yaxşı qarışdırın. Şəkər tozu ərimiş halda olsun. Bir saat  gözlədikdən sonra dərinizə çəkə bilərsiniz. 10-15 dəqiqədən sonra ilıq su ilə yuyun.

Dəri ləkələri üçün maskalar

Dəri ləkələri üçün üzüm sirkəsindən maska:

1 ç/q üzüm sirkəsi,

1 ç/q su,

1 ç/q limon suyu.  

Hazırlanmış maskanı gündə 2 dəfə (axşam və səhər) dərinizə çəkin. 

Dəri ləkələri üçün maskalar

Yayda əmələ gələn ləkələrə qarşı maska: 

1 st süd,

1 x/q düyü.

Südlə düyünü birlikdə bişirin. Daha sonra incə bir bezlə süzün və hər axşam bu qarışığı dərinizə çəkin.

Dərinizə qulluq edin ki, hər zaman baxımlı olun.

17 yanvar 2014
GO BACK