Suna Dumankayanın ev şəraitində hazırlaya biləcəyiniz təbii maska təriflərini sizlər üçün seçdik. Dərinizin parlaq və gözəl olmasını istəyirsinizsə, o zaman bu maskalar köməyinizə çatacaq.
Üz dərisini nəmləndirən maska
1 ədəd avokado
1 çay qaşığı bal
5 damla limon suyu
Hamısını qarışdırın. Göz ətrafından başqa bütün üzünüzə tətbiq edin. 30 dəqiqə sonra ovalayaraq çıxardın. Beləliklə, üz dərinizi nəmləndirmiş olacaqsınız.
Dərini canlandıran maska
1 ədəd kartof
1 çay qaşığı quru maya
2 xörək qaşığı bal
1 xörək qaşığı zeytun yağı
Soya unu
Su
Kartofu qaynadın və əzin. Hamısını qarışdırın və xəmir halına gətirin. Üz dərinizə sürtüb 20 dəqiqə saxlayın və yuyun.
Qızıl çiyələk maskası
5 ədəd çiyələk qurusu
1 çay qaşığı bal
1 çay qaşığı ağ gil
3 damla üzüm çəyirdəyi yağı
Çiyələyi əzin və digərləriylə qarışdırın. 20 dəqiqə üzünüzdə saxladıqdan sonra yuyun.
Parlaqlığı nizamlayan maska
1/2 limon
1 çay qaşığı ağ gil
1 çay qaşığı bal
Hamısını qarışdırın və təmiz üz dərinizə sürtün. 25 dəqiqə gözləyin və ilıq suyla yuyun.
Hamiləlik zamanı yaranan ləkələr üçün maska
1 çay qaşığı süzmə qatıq
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı boranı toxumunun yağı
Hamısını qarışdırın, üzün dərisində 40 dəqiqə qaldıqdan sonra ovaraq çıxardın və hər həftə tətbiq edin.
Qırışları aradan qaldıran maska
1 ədəd yumurta sarısı
1 çay qaşığı qatıq
1 çay qaşığı bal
3 damla üzüm çəyirdəyi yağı
Hamısını qarışdırın və 20 dəqiqə üzünüzdə saxladıqdan sonra yuyun. Həssas dəri tipləri üçün uyğun deyildir.
Nəmləndirici maska
1 dilim qaynadılmış boranı
1 xörək qaşığı üzüm bəhməzi
1 çay qaşığı zeytun yağı
Boranının içinə bəhməz və zeytun yağını qatın. Üzünüzdə 20 dəqiqə qaldıqdan sonra yuyun.
Ləkəli dərilər üçün
1 ədəd yumurtanın qabığı (qurudulub blenderdən keçirilmiş olaraq)
1 xörək qaşığı limon suyu
1 çay qaşığı ağ gil
1 çay qaşığı karbonat
1 xörək qaşığı süzmə qatıq
Yumurtanın qabığını və digərlərini qarışdırın, 20 dəqiqə qaldıqdan sonra yuyun. Tərkibində qatıq olduğu üçün həssas dərilər üçün uyğun deyil.
Sızanaqlı dərilər üçün maska
100 qram spirt
6 ədəd aspirin
Aspirinləri əzin və spirtlə qarışdırın. 3 gün qaldıqdan sonra bu qarışıqla üz dərinizi hər gün təmizləyin.
Göz ətrafı üçün maska
1 yumurtanın ağı
1 çay qaşığı qəhvə
Hamısını qarışdırın, göz ətrafında 20 dəqiqə saxlayıb yuyun.
Hər zaman gözəl və baxımlı qalmanız diləyilə...