Qadin.NET / Mükəmməl üz baxımı

Mükəmməl üz baxımı

Mükəmməl üz baxımı
Əziz xanımlar, hər bir xanım özünə qulluq qaydalarını bilməli və buna riayət etməlidir. Mütəmadi olaraq zaman ayırıb üz dərisinə də qulluq etməlidir. Zamanında edilən qulluq üz dərisinin gec qocalmasına və qırışların daha gec bir zamanda yaranmasına gətirib çıxaracaqdır. 
Bir çox xanımın baxım üçün vaxtı olmaya bilər. Daha doğrusu, onlar bunu belə hesab edər. Amma əmin olun ki, bu sadəcə biz qadınların tənbəllikdən gətirdiyimiz bəhanəmizdir.
Mükəmməl üz baxımı
Üzə baxım elə də çox vaxt aparmayan bir prosedurdur. Mütəmadi olaraq yerinə yetirsək, həyat tərzi kimi buna alışacaq və hər zaman vaxtında buna əməl edəcəyik. Hər zaman da mütəmadi olaraq əməl etdiyimiz üçün xeyrini də görəcəyik.

Ayda bir dəfə üzün dərindən təmizlənməsi mütləqdir. Bu cildin rəngini şəffaflaşdıracaq və ona sağlam görünüş bəxş edəcəkdir.

Mükəmməl üz baxımı

Başlanğıcda üzü bir təmizləmə kremi ilə yumşaldın. Kir, yağ və makiyaj qalıntılarının təmizlənməsi üçün bir neçə dəqiqə gözləyin.

Mükəmməl üz baxımı

Daha sonra pambıq toplarla üzünüzü yaxşıca silin. Sonra üzünüzü ilıq su ilə yuyun və göz çevrəsinə toxunmadan masaj edin.
Beləcə ölü toxumalar üzünüzdən gedər, cildiniz daha yumşaq, hamar və baxım üçün hazır hala gələr.

Mükəmməl üz baxımı

Sonra üzünüzə növünə görə (yağlı və ya quru) maska çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Cildi təravətləndirmək üçün ardından soyuq su ilə yuyun və yumşaq dəsmalla qurulayın.

Mükəmməl üz baxımı

Çox az üz tonikini pambığa töküb çənə və alındakı T bölgəsi kimi yağlı yerlərə sürün.
Göz çevrəsindəki çizgiləri və qırışları azaltmaq və yumşaltmaq üçün göz kremindən istifadə edin.

Mükəmməl üz baxımı

Bunu hər həftədə bir dəfə və ya bir neçə gündən bir də edə bilərsiniz. Ən əsası odur ki, buna alışasınız. Bir müddət sonra üz baxımı sizin üçün vaxkeçilməz bir prosedura çevriləcəkdir.

17 may 2009
GO BACK