Qadin.NET / Qırışlara qarşı maskalar

Qırışlara qarşı maskalar

Qırışlara qarşı maskalar

Dərimiz ən qiymətli varlığımızdır. Ancaq yaşımız ötdükcə təəssüf ki, ki gənc yaşdakı dərimiz kimi elastik və diri quruluşunu itirir. Biz qadınları daha çox üzür dəri qırışları. Körpələrin dərisi qədər gözəl cildlərə sahib ola bilməyəcəyimizi bilsək belə dərimizi gəncləşdirəcək, qırışları önləyən maskalar tətbiq etməyə çalışırıq. Bu maskalar elə də bahalı və çətin maskalar deyil. Evimizdə rahatlıqla tapa biləcəyimiz vəsaitlər ilə edilən maskalar da faydalıdır.

Xüsusilə üz bölgəsində, dodaq ətrafında, göz ətrafında və çənə ilə boyun arasındakı bölgədə olan qırışlar üçün edilə bilən maskaları sizə təqdim edirəm.

Dəri qırışları üçün zeytun yağlı maska:

    1 çaq qaşığı dolusu zeytun yağı

    1 çay qaşığı dolusu zəy tozu

    1 ədəd yumurta ağı

Bu ərzaqları dərin bir qabın içində yaxşıca çırpdıkdan sonra üzünüzə bir pambıq köməyi ilə çəkin. Üzünüzdə 20 dəqiqə qədər saxlayın. Quruduqdan sonra soyuq su ilə üzünüzü yuyun və ardınca nəmləndirici krem çəkin. Soyuq su istifadə etməmizin səbəbi, soyuq su dərinin hüceyrələrini canlı saxlayar və möhkəm bir dərinin əmələ gəlməsinə köməkçi olar.

 Dəri qırışları üçün mayalı maska: 

1 çay qaşığı dolusu tort mayası 
1 yumurtanın ağı

Bu iki məhsulu dərin bir qabda yaxşıca qarışdırdıqdan sonra üzünüzə bir pambıq köməyi ilə yumşaq və dairəvi hərəkətlərlə çəkin. Üzünüzdə 30 dəqiqə qədər qalsın. 30 dəqiqədən sonra əlinizlə yoxlayın: əgər sərtləşmiş və çıxarıla biləcək bir vəziyyətdədirsə yavaş hərəkətlərlə ilıq su ilə yaxalayın, ardından da soyuq su ilə yuyun. Suyun soyuq olmasına mütləq diqqət yetirin. Ən son olaraq nəmləndirici krem ​​çəkin, bunun sayəsində dərinizin qurumasına mane olmuş olacaqsınız.

Qırışlara qarşı maskalar

Bu 3 məhsulu dərin bir qabda pudinq qatılığına gələnə qədər çırpın. Daha sonra əliniz ilə (pambıq istifadə etməyin) üzünüzə dairəvi və yumşaq hərəkətlərlə çəkin. Bu maskanı 10 dəqiqədən çox üzünüzdə saxlamayın. 10 dəqiqə sonra əvvəl ilıq su ilə üzünüzü yuyun, daha sonra soyuq su ilə islatmağa davam edin. Ardından dərinizə nəmləndirici krem ​​çəkməyi unutmayın. Nəmləndirici krem ​​dərinizi quruyub gərilməsinə mane olacaq.

2 məhsulu dərin bir qab içində yaxşıca qarışdırdıqdan sonra pambıq köməyi ilə üzünüzə dairəvi hərəkətlərlə, ancaq yumşaq bir şəkildə çəkin. 20 dəqiqə gözləyin, barmaq yardımı ilə maskanın sərtləşmiş olduğunu yoxlayın. Sərtləşmişsə, əvvəl ilıq su ilə yuyun, daha sonra üzünüzü soyuq su ilə yaxalayın. Və hər zamankı kimi nəmləndirici krem çəkməyi unutmayın.

14 dekabr 2013
GO BACK