Qadin.NET / Sızanaqlar üçün maska

Sızanaqlar üçün maska

Sızanaqlar üçün maska
Əziz xanımlar, əgər üzünüzün təmiz, parlaq olmasını istəyirsizsə, ev şəraitində maska düzəldib üzünüzə çəkə bilərsiz. Evdar qadınlarımız ancaq ev işləri ilə məşğul olmalı deyillər. Əksinə, onlar özlərinə daha çox fikir verməlidirlər ki, aynada özlərinə baxdıqlarında gün ərzindəki yorğunluqları yaddan çıxsın. Bunun üçün maskalardan da istifadə edə bilərsiniz. Zaman qıtlığı yaşayan xanımlarımıza demək itəyirəm ki, cox asandır. Maskanı üzünüzə çəkin və yarım saat ərzində işinizi görün. Odur ki, əziz xanımlar, Qadın.Net saytında sizlər üçün təqdim olunan çoxsaylı maskalardan istifadə edə bilərsiniz. Xüsusən də balla və zeytun yağıyla olan maskalar sızanaq və səpkilər üçün faydalı olduğu üçün sizə belə bir maska təqdim edirəm. Bu maska üzə parlaqlıq gətirir və dərini canlandirir.
Maska 1.

1 çay qaşığı darçın

1 çay qaşığı zeytun yağı

2 çay qaşığı bal

1 yumurta sarısı

1 çay qaşığı limon suyu

3 damcı qliserin

Bütün ərzaqları bir-biri ilə yaxşıca qarışdırılır. 5 dəqiqə gözlədikdən sonra üzə çəkilir. Yarım saat saxladıqdan sonra ilıq su ilə yuyulur, qurudulur və nəmləndirici krem çəkilir. Bu maskanı 1 həftə edin, bundan artıq etməyin və ən azı 1 həftə ara verməlisiniz.                     

Maskanı üzünüzə çəkərkən, çalışın ki, gözaltı nahiyəyə dəyməsin. Bu maskanı boyun və dekolte nahiyələrində də istifadə edə bilərsiz. Həmçinin yeniyetmə qızlar da bu maskadan faydalana bilərlər. 

Sızanaqlar üçün maska

Maska 2.

Heyva

Ayrıq kökü

1 ədəd yumurta ağı

2 x/q yoqurt

Yulaf unu

Gül suyu

Dilimlənmiş heyva, bir ovuc əzilmiş ayrıq kökü suda qaynadıldıqdan sonra süzülür. Əldə edilmiş qarışığa bir ədəd yumurta ağı və 2 xörək qaşığı yoqurt əlavə edib yenidən qarışdırılır. Maska halına gələn kimi üzərinə yulaf unu əlavə edilib yenidən qarışdırılır. Maskanı üzə çəkib 1 saat saxlmaq lazımdır. Sonda gül suyu ilə yumaq məsləhətdir. 

Sızanaqlar üçün maska

Maska 3.

2 ovuc badam

1 x/q bal

1 ədəd yumurta ağı

Gül suyu

 2 ovuc badamı üyüdərək un halına gətirib üzərinə 1 xörək qaşığı bal və 1 ədəd yumurta ağı  qatılaraq gül suyu ilə yoğrulur. Əldə edilmiş badam kremini üzdəki sızanaqlara çəkmək lazımdır. 15 dəqiqə sonra yumaq məsləhətdir. Bu maskanı çəkərək eyni zamanda çil və ləkə müalicəsinə də kömək edə bilərsiz. 

Sızanaqlar üçün maska

Əziz xanımlar, çalışın özünüzə zaman ayırıb üzünüzə qulluq edəsiniz ki, hər zaman baxımlı olasınız. 

25 aprel 2016
GO BACK