Dəri bəsləyici maska
Gil zəngin tərkibi ilə dərini bəsləyir. Gil maskası hazırlamaq üçün 1 ovuc gili 2 yemək qaşığı ilıq su və bir neçə damcı zeytun yağı ilə sulandırıb göz ətrafı istisna olmaqla üzünüzə və boynunuza sürtün. Əgər dəriniz yağlıdırsa, qarışığa bir neçə damla limon suyu əlavə edin. Əgər dəriniz qurudursa, bir çay qaşığı bal əlavə edib qarışdırın. 5 dəqiqə gözləyib, ilıq su ilə yaxalayın.
Qırışlara qarşı maska
1 yemək qaşığı limon suyunu, 2 yemək qaşığı balı və 2 yemək qaşığı suyu bir qabda krem halına gələnə qədər qarışdırın. Göz ətrafından başqa bütün üzünüzə sürtün. İlıq suyla yuyub qurulayın.
Dərini hamarlaşdırmaq üçün maska
1 yumurta sarısı, 1 qaşıq şirin badam yağı (zeytun yağı da ola bilər), 1 yemək qaşığı bal və mərcimək böyüklüyündə kərə yağını bir qaba qoyub krem halına gələnə qədər qarışdırın. Göz ətrafı xaric olmaqla üzünüzə və boynunuza çəkib 5-10 dəqiqə gözləyin və ilıq suyla yuyun. İlıq dəsmal ilə tampon edərək qurulayın.
Yetkinlik sızanaqlarına qarşı maska
1 qəhvə fincanı bal, 1 paket yaşıl çay və 1 ampul C vitaminini mikserlə krem halına gələnə qədər çalın. Göz ətrafı xaric bütün üzünüzə dairəvi hərəkətlərlə masaj edərək yeridin. İlıq suyla yuyub dəsmal ilə tampon edərək qurulayın.
Dəri bəsləyici və cavanlaşdırıcı maska
2 yemək qaşığı bal ilə 2 yemək qaşığı düyü ununu qarışdırın. Ayrı bir yerdə ağaranacan çırpılmış yumurta əlavə edib qarışdırın. Maskanı göz ətrafı xaric olmaqla bütün üzünüzə və boyununuza sürtüb 10 dəqiqə gözləyin. İlıq suyla yuyub qurulayın.
Dəri təmizləyici maska
1 çay qaşığı limon suyu, 1 yemək qaşığı zeytun yağı və 1 yumurta sarısını qarışdırıb üzünüzə sürtün, 10 dəqiqə saxlayıb ilıq suyla yuyun. Ardından gül suyuyla silin.
Məsamələri dartmaq üçün
Bir şüşə mineral su, yarım limon suyu, bir almanın suyu, 10 qr badam yağı və bir armudun suyunu qarışdırıb püskürdücü şüşəyə doldurun. Səhər-axşam təmiz üzünüzə püskürdün. Soyuq yerdə soyuducuda saxlayın. 5 gün ərzində təkrar edin.