Qadin.NET / Qırışlar üçün maskalar

Qırışlar üçün maskalar

Qırışlar üçün maskalar

Qadınlarda üz dərisinin gözəlliyi xüsusi önəm daşıyır. Qırışların qarşısının alınması üçün müxtəlif üsullar vardır ki, lazım olduqda onlardan istifadə edilir. Üz və sinə dərisini yalnız xaricdən deyil, həm də daxildən qorumaq lazımdır.

İndi sizə dərinizin ehtiyacı olan təbii və istifadəsi asan olan maskalar təqdim edəcəm. Bunlarla dərinizin uzun illər boyu gənc və təravətli qalmasına kömək edə bilərsiz. 

Qırışlar üçün maskalar

- Alma yeyərkən dərimizi həm xaricdən , həm də daxildən qorumuş oluruq. Maska olaraq yarım almanı yaxşıca əzib içinə 2 qaşıq qaymaq qataraq qarışdırın və üzünüzə yaxın. 15 dəqiqə gözləmək kifayət edər.İlıq suyla yuyub quruladıqdan sonra nəmləndirici krem çəkin. Alma dərinizə təravət verərkən, qaymaq da elastikliyinə və nəmlənməsimə səbəb olacaq.

- Limon suyu və qliserinin qarışığı ilə dərinizi təmizləyə bilərsiniz. Hər ikisindən də eyni miqdarda götürüb qarışdırın. Gecə yatmazdan əvvəl pambıq vasitəsilə dərinizi təmizləyin. 

Qırışlar üçün maskalar

- Bir stəkan yemiş suyu və bir stəkan qaynanmış suyu qarışdırıb üzünüzü yuyun. Ardınca bir az pambığı südə batırıb üzünüzü silin və təmiz dəsmalla qurulayın. Bunu gecə yatmazdan əvvəl etməlisiniz. 

- Bir yumurtanin ağını, bir qaşıq qliserini və bir qaşıq balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra əvvəl ilıq, sonra isə soyuq su ilə yuyub qurulayın. Bunu həftədə bir dəfə etməlisiniz.

- Çiyələklə dərinizin təravətini qoruya bilərsiniz. Bunun üçün bir ovuc çiyələyi əzin və suyunu süzün. Buna bir az gül suyu qatıb üzünüzə, boynunuza sürtün. Bir saat saxlamaq kifayət edər. Sonra sodalı su ilə üzünüzü yuyub təmizləyin. 

Qırışlar üçün maskalar

Bu maska boyun qırışıqları üçün də effektivdir. Xüsusilə qeyd etmək istəyirəm ki, çiyələk bəzi insanlarda allergiyaya səbəb olur. Əgər üzünüzdə qızartı və ya şişmə görsəniz üzünüzü təkrar yuyun və bu maskanı bir daha eləməyin.

-Bir qaşıq süd və bir yumurtanın sarısını qarışdırıb üzünüzə sürtün. 15 dəqiqədən sonra limon suyu ilə təmizləyin. Bunuda həftədə bir dəfə olmaqla edə bilərsiniz.

 Hər bir qadına gənc və təravətli qalmağı arzulayıram.

3 sentyabr 2013
GO BACK